PDF Oxu

Əsas

  • 37

Gürcüstanın nüfuzlu “Axali Taoba”   qəzeti: “ Azərbaycan MDB məkanında iqtisadi inkişafa görə birinci yer tutur”

Gürcüstanın nüfuzlu “Axali Taoba” qəzeti: “ Azərbaycan MDB məkanında iqtisadi inkişafa görə birinci yer tutur”

Gürcüstanın nüfuzlu "Axali Taoba" qəzetinin 2 dekabr tarixli nömrəsində AzərTAc-ın xüsusi müxbiri İslam Əliyevin "Azərbaycan demokratiya və tərəqqi yolunda uğurlara imza atmaqdadır" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə müstəqil Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar, sosial-iqtisadi inkişaf, bölgədə liderliyi və digər məsələlər konkret faktlara əsaslanaraq ətraflı işıqlandırılıb. Gürcü oxucusu, həmçinin ötən əsrin 90-cı illərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmış müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəni böyük təhlükələrdən xilas edərək sabit, dinamik inkişaf yoluna çıxarması, qısa müddətdə dünyanın aparıcı dövlətlərinin diqqətini respublikamıza cəlb etmiş qlobal layihələrin gerçəkləşməsi istiqamətində cəsarətli addımlar barədə də məlumatlandırılıb.

Yazıda qeyd edilir ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dinamik sosial-iqtisadi inkişaf yolunda, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində ciddi addımlar atır.

Müəllif Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə baxmayaraq, ölkə büdcəsinin, valyuta fondunun, əhalinin gəlirinin durmadan artdığını yazır. Qeyd olunur ki, Azərbaycan MDB məkanında iqtisadi inkişafa görə birinci yer tutur, ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da yüksək templə inkişaf edir. Məqalədə, həmçinin ölkə üçün taleyüklü problem olan ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan rəhbərliyinin apardığı tarazlı siyasət barədə də bəhs olunur.

Digər xəbərlər