PDF Oxu

Əsas

  • 44

“Qazaxıstan Xəzər regionunda Azərbaycanın mühüm tərəfdaşıdır”

“Qazaxıstan Xəzər regionunda Azərbaycanın mühüm tərəfdaşıdır”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Qazaxıstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Adilbek Djaksıbekovla görüşərək, ölkələr arasında hərbi-siyasi, hərbi-texniki, regional təhlükəsizliyin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparıb.

Nazirlər Azərbaycan ilə Qazaxıstan arasında 2012-ci il üçün Əməkdaşlıq Planını təsdiq ediblər. Səfər Əbiyev bildirib ki, Qazaxıstan Xəzər regionunda Azərbaycanın mühüm tərəfdaşıdır. Adilbek Djaksıbekov isə silahların və hərbi texnikanın texniki vəziyyətinin yüksək olması haqqında söhbət açmışdır. Müdafiə nazirləri Hərbi Dəniz Qüvvələrinin inkişafı, naviqasiya-hidroqrafik təminatı, hidroqrafik və meteoinformasiya mübadiləsi, Xəzərdə müxtəlif tədqiqatların aparılması üçün gəmilərin dənizə birgə çıxması məsələlərini də müzakirə ediblər.

Digər xəbərlər