PDF Oxu

Əsas

  • 13

Xocalı soyqırımını Ermənistanı idarə edənlər törədib

Xocalı soyqırımını Ermənistanı idarə edənlər törədib

Fransa Senatında qondarma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılmasının dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyini vurğulayan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, Fransa parlamentində bu məsələnin gündəliyə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir. Belə ki, bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı, müzakirələr açmalı və bu məsələ insanların yaddaşında tarixi təzələmə anlamında gündəmə gətirilməlidir: "Fransada bu prosesin baş verməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək. Eyni zamanda, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlərin məsuliyyəti bu gün Ermənistanı idarə edənlərin üzərinə düşür və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. Ermənilərin bütün dünya ölkələrinə təkidlə qəbul etdirməyə çalışdıqları bu qondarma iddiaların tarixi reallıqla heç bir əlaqəsi yoxdur. Hansı ölkənin parlamentinə çıxarılmasından asılı olmayaraq, biz "erməni soyqırımı" anlayışını saxta hesab edirik və tarixdə belə hadisə olmayıb. Bu ermənilərin uydurduğu və bəzi dairələrin dəstəklədiyi antitürk siyasətidir".


"Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var və Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə söykənir"

Əli Həsənov son zamanlar radikal müxalifətin qərəzli və qeyri-obyektiv siyasətinə də münasibət bildirdi. Onun fikrincə, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır: "Azərbaycanın bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub. Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik. Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır".

Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, xüsusilə, qeyd etdi ki, əgər müxalifət xalqın iradi tələblərinə cavab vermirsə, onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur: "Ona görə də biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə Azərbaycanın daxilindəki prosesləri eyniləşdirmirik, onlar arasında əlaqə axtarmırıq, çünki heç bir əlaqə yoxdur. Məsələn, Qazaxıstanda hansısa kiçik bir münaqişənin olmasının, yaxud da Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşanan hansısa halların Azərbaycana hansı aidiyyəti ola bilər? Çünki hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var və bu hakimiyyət-xalq münasibətidir. Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə araqarışdırma cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var və Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə söykənir".


R.HÜSEYNOVA

Digər xəbərlər