PDF Oxu

Əsas

  • 17

Fransa Minsk Qrupundan uzaqlaşdırılacaq?

Fransa Minsk Qrupundan uzaqlaşdırılacaq?

ATƏT-in Minsk Qrupu toplananda, Fransanın qurumdakı təmsilçiliyi məsələsi müzakirə oluna bilər.

"Fransanın Avropa institutlarında, ATƏT-də, ATƏT-in Minsk Qrupunda iştirakı məsələsi ilə bağlı Türkiyə Prezidenti Abdullah Gül təkliflə çıxış edib. Yəqin ki, Minsk Qrupu toplananda bu məsələ müzakirə olunacaq", - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib. Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul etməsinə münasibət bildirən Həsənov deyib ki, bu bəzi dairələrin ermənilərdən türklərə qarşı istifadə etmək vasitəsidir. Onun fikrincə, bu hadisə Avropanın hazırkı inkişafı fonunda nonsensdir.

"Avropanın mərkəzində, Avropanın ictimai həyat normalarını müəyyən edən ölkədə düşüncə azadlığına görə insanları həbsə almaq, cərimə etmək orta əsr normalarına cavab verir", - PA rəsmisi deyib.

Digər xəbərlər