PDF Oxu

Əsas

  • 13

Fransa Senatında uydurma “erməni soyqırımını” inkar edənlərə qarşı cəza müəyyən edən qanun layihəsinin qəbul olunması real görünmür

Fransa Senatında uydurma “erməni soyqırımını” inkar edənlərə qarşı cəza müəyyən edən qanun layihəsinin qəbul olunması real görünmür

"Fransa Senatının uydurma "erməni soyqırımını" inkar edənlərə qarşı cəzanı müəyyən edən qanun layihəsini qəbul edəcəyi inandırıcı deyil. Çünki bu sənəd demokratik prinsiplərə, insan hüquqları və ifadə azadlığına tamamilə ziddir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Türkiyə və Azərbaycan öz mövqeyini ortaya qoyaraq Fransa parlamentinin aşağı palatasının bu qanun layihəsini qəbul etməsini kəskin şəkildə pisləyib. Onun sözlərinə görə, hər iki ölkə bu sənədin qəbul edilməsinin yanlış olduğunu ciddi arqumentlərlə əsaslandırıb. M.Qurbanlı deyib ki, bu cür addımlar Türkiyənin güclənməsinə mane ola bilməyəcək. Onun sözlərinə görə, artıq Türkiyə dünyada söz sahibi olan güclü dövlətdir. M.Qurbanlı qeyd edib ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və bu dövlətin ədalətli mövqeyini dəstəkləyir.

"Yanvar ayının sonunda uydurma "erməni soyqırımını" inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanun layihəsinin Fransa Senatına təqdim olunması ilə bağlı məlumatlar yayılıb. Hesab edirəm ki, bu sənədin Senatda qəbul edilməsi real görünmür. Çünki bu dövlət Türkiyə kimi güclü bir ölkə ilə münasibətləri pozmaq istəməz. Fikrimcə, növbəti seçkilərdə N.Sarkozinin qələbə qazanıb-qazanmamasından asılı olmayaraq Senat bu qanun layihəsini qəbul etməyəcək və bir daha bu məsələyə qayıtmayacaq"- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər