PDF Oxu

Əsas

  • 19

“Eurovision-2012” yarışmasının keçiriləcəyi tarix yaxınlaşır

“Eurovision-2012” yarışmasının keçiriləcəyi tarix yaxınlaşır

Azərbaycanda yaşanılan "Eurovision-2011" müsabiqəsinin həyəcanları, Almaniyanın Düsseldorf şəhərinin "Esprit Arena"sında 56-cı "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan bayrağının dalğalanması, xalqın tarixi qələbə sevinci ayları arxada qoydu. Eldar və Nigar cütlüyünün ölkəmizə gətirdiyi qələbə dünya xəritəsində bir nöqtə kimi görünən Azərbaycanın böyük arenada qələbəsi kimi səsləndi. Yarım əsrdən artıq bir zaman məsafəsində keçirilən bu müsabiqədə Azərbaycanın son illər ərzində ardıcıl olaraq iştirakı onun musiqisinin hansı səviyyədə olduğunu bir daha dünya xalqlarına göstərdi. 4 il "Eurovision" müsabiqəsində iştirak edən Azərbaycan qısa bir zaman kəsiyində birinci yeri əldə edə bildi.

Sürətlə ötən zaman "Eurovision-2012" yarışmasınının keçiriləcəyi tarixi yaxınlaşdırır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə yer tutan və yüksək səviyyədə təbliğ olunan Azərbaycan bu yarışmanın təşkilində nəyə qadir olduğunu nümayiş etdirəcək.

Hər kəsə bəlli olan həqiqətdir ki, Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakına ilk günündən dəstək verən Heydər Əliyev Fondu olmuş və qələbənin yaşanılmasında xüsusi rolu var. Əlbəttə ki, bu hadisənin mühiti vardır. Bu mühiti Azərbaycan vətəndaşının Azərbaycan milli-mənəvi dəyərlərinə, musiqimizə və incəsənətimizə olan diqqət formalaşdırmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanımın Əliyevanın YUNESKO səviyyəsində milli sərvətlərimizin dünyanın şah əsərləri sırasında layihələr əsasında daxil etməsi, sözsüz ki, dünya xalqları arasında Azərbaycanın imicinin daha da artmasına gətirib çıxarıb. Mehriban xanım Əliyevanın qayğı və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan öz səsini dünyanın istənilən bir ölkəsinin böyük səhnələrindən eşidir. Bu layihələrin məntiqi nəticəsi olaraq yaşadığımız qələbə mədəniyyətimizin böyük miqyasda tarixi nailiyyəti oldu.

Bu gün "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlıq işləri son günlərdə daha da sürətlənib. "Eurovision" Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair imzalanan anlaşma memorandumuna əsasən, qurum beynəlxalq tədbirlərin təşkilindəki zəngin təcrübəsini ölkəmiz üçün önəmli olan bu layihəyə yönəldəcək. İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, "Eurovision" Mahnı Müsabiqəsi həftələrində "Eurovillige", "Euroclub" kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Bu gerçəkləşməsi nəzərdə tutulmuş layihələrlə yanaşı, artıq beynəlxalq televiziya kanallarında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Azərbaycan haqqında ingilis dilində yeni reklam çarxı yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva çəkilib. İki dəqiqəlik çarx Rusiyanın "Shandesign" studiyası tərəfindən hazırlanmışdır. Ölkəmizi tanıtdırmaq məqsədi daşıyan reklam çarxında təbii sərvətlərimiz nümayiş etdirilir və Azərbaycanın "Odlar Yurdu" adlandırılmasının tarixindən bəhs edilir. Videoçarxda Azərbaycan xalçaları, milli musiqi alətlərimiz, məşhur Qarabağ atları, ölkəmizin qədim memarlıq abidələri və müasir inşaat layihələri nümayiş olunur.

Müsabiqə ilə bağı görülən işlər sırasında promo-video çarxlarının çəkilişləri üçün kastinqlərin keçirildiyini da vurğulamalıyıq. Xatırladaq ki, Azərbaycanda bu cür kütləvi kastinq ilk dəfə keçirilir. Məqsəd tanıtım video çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision" Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaratmaqdır.

"Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan əsas məkana - "Bakı Büllur Zal"ının (Cristal Palace) tikintisinə gəlincə isə deməliyik ki, artıq inşa ilə bağlı xeyli irəliləyişlər var. Artıq tikintinin metal konstruksiyaları quraşdırılıb. Çoxfunksiyalı arenanın damının quraşdırılması başa çatıb. Yaxın vaxtlarda binanın şüşə hissələrinin də bərkidilməsinə başlanılacaq. Bununla yanaşı, Dənizkənarı Bulvar ərazisinin Dövlət Bayrağı meydanınadək uzadılması işi də sürətləndirilib. Məkanın yaz ayında təhvil verilməsi nəzərdə tutulub.

Ölkəmizdə növbəti bayram əhalı yaşadacaq müsabiqə zamanı qonaqlarının qarşılanması prosesinə də diqqət ayrılmaqdadır. Payaxtımızda istifadəyə verilən müasir standartlı hotellər saysız xarici vətəndaşları qəbul etmək gücündədir. Ölkənin artan iqtisadiyyatı, turizm potensialı, abadlıq və yenidənqurma işlərin aparılması Azərbaycanın mənzərəsində nəzərəçarpacaq dərəcədə irəliləyişlərin olduğunu göstərir.


ZÜMRÜD

Digər xəbərlər