PDF Oxu

Əsas

  • 21

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının tədbirlərdə iştirak edəcək

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının tədbirlərdə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT TŞ tədbirlərdə iştirak edəcək.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı günü Trend-ə bildiriblər ki, xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə 10-12 yanvar 2012-ci il tarixləri müddəti ərzində ABŞ-ın Nyu York şəhərinə səfəri həyata keçirilir. Səfəri müddəti ərzində Məmmədyarovun 11 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirak və çıxışları nəzərdə tutulur.

Tədbirlərdə iştirakı ilə yanaşı Nazir Məmmədyarovun BMT Baş Katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Xarici İşlər Naziri E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur

GÜLYANA

Digər xəbərlər