PDF Oxu

Əsas

  • 14

Bir qrup sənət adamlarının YAP-ın sıralarına qəbul olunmaq haqqında əhəmiyyətli qərarları...

Bir qrup sənət adamlarının YAP-ın sıralarına qəbul olunmaq haqqında əhəmiyyətli qərarları...

"Bu gün Yeni Azərbaycan Partiyasına üzv olan bir qrup mədəniyyət və incəsənət adamlarına üzvlük vəsiqəsi verilib. Onların hər biri Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində böyük xidmət göstəriblər.

Göstərdikləri xidmətlərə görə, insanlarımızın dərin məhəbbətini qazanmış yaradıcı şəxslərdir. Onlar sözün həqiqi mənasında Azərbaycanın incəsənətini, mədəniyyətini, Azərbaycan ziyalılığını təmsil edən, bu hüququ qazanmış şəxsiyyətlərdir. Düşünürəm ki, onların YAP-ın sıralarına qəbul olunması haqqında əhəmiyyətli qərarları Azərbaycan cəmiyyətinin və Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin hakim partiyaya olan etimadının ifadəsidir". Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov söyləyib. O, bildirib ki, bu qərarları ilə həmin sənətçilər ölkəmizdə həyata keçirilən Prezident siyasətini, ümumiyyətlə isə bütövlükdə Azərbaycan Prezidentini dərindən və qətiyyətlə dəstəklədiklərini bir daha ifadə etmiş oldular: "Onlar, əslində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin fəal iştirakçılarıdır".

YAP-ın Sədr müavinin sözlərinə görə, Azərbaycan Prezidentinin bütövlükdə ölkəmizin bütün sahələrini inkişaf etdirməyə yönəldilmiş siyasətinin çox vacib istiqamətlərindən biri də Azərbaycanda mədəniyyət və incəsənəti yüksəltməkdən ibarətdir: "Təbii ki, dövlətin mədəniyyət və incəsənətin inkişafına qayğısı, eyni zamanda, bu sahədə çalışan insanlara qayğı şəklində özünü göstərir. Onların yaradıcılığı üçün hər cür imkanların yaradılması, mədəniyyət ocaqlarının yeniləşdirilməsi, simasının dəyişdirilməsi, yeni-yeni mədəniyyət ocaqlarının yaradılması bütövlükdə bu qayğının ifadəsinin ayrı-ayrı nümunələridir. Beləliklə də, bütün bu qayğıya, bütün bu diqqətə görə, mədəniyyət və incəsənət xadimləri də bu gün YAP-a daxil olan çox dəyərli insanların timsalında Prezident İlham Əliyevi və Onun həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər. Bir daha mən onu ayrıca vurğulamaq istəyirəm ki, bu sadəcə olaraq bir qrup çox hörmətli insanların YAP sıralarına daxil olmaqla bağlı əhəmiyyətli seçimləri deyil. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin seçiminin bir daha aydın şəkildə vurğulanması və ifadə edilməsidir. Azərbaycan ziyalılarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətə olan dəstəklərinin, münasibətlərinin ifadəsidir. Bu mənada mən hesab edirəm ki, bu gün YAP-ın həyatında əlamətdar bir hadisə baş verdi. Çox dəyərli, hörmətli, böyük nüfuz sahibi, çoxlu pərəstişkarları olan incəsənət xadimləri YAP-ı seçdilər, partiyanın üzvü oldular".

Digər xəbərlər