PDF Oxu

Əsas

  • 14

Pak Hi Te: “Azərbaycanda  həyat səviyyəsi çox yüksəkdir”

Pak Hi Te: “Azərbaycanda həyat səviyyəsi çox yüksəkdir”

Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te yanvarın 13-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Pak Hi Te əvvəlcə Milli Məclisin binasına baxmış, burada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olub. Parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanışlıq zamanı qonağa ümummilli liderin həyat və fəaliyyəti, keçirdiyi görüşləri, xarici ölkələrə səfərləri barədə geniş məlumat verilib. Koreya Respublikası Milli Assambleyasının sədri xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Oqtay Əsədov Azərbaycan və Koreya respublikaları arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, bu səfərin parlamentlərarası münasibətlərin daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Bu günə qədər dövlətlərimiz və hökumətlərimiz arasında 40-dan çox sənəd imzalanıb, 3 biznes forum keçirilib. İki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki illərlə müqayisədə 74 faiz artıb.

O.Əsədov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək, təcavüzkar Ermənistanın BMT TŞ, AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə əməl etmədiyini diqqətə çatdırıb, bu problemin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı üçün ciddi maneə yaratdığını söyləyib. Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te Azərbaycana səfərindən məmnun qaldığını bildirib, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Hörmətli qonaq ölkəmizdə həyata keçirilən islahatları, iqtisadi inkişafı xüsusi qeyd edib, Azərbaycanda həyat səviyyəsinin çox yüksək olduğunu bildirib. O deyib ki, bu nailiyyətlərə yalnız uzaqgörən dövlət başçısının praqmatik siyasəti nəticəsində nail olmaq mümkündür. Pak Hi Te ölkəsinin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini artıracağını bildirib

Digər xəbərlər