PDF Oxu

Əsas

  • 18

Azərbaycan inkişaf etdikcə, YAP-ın da nüfuzu və gücü artır

Azərbaycan inkişaf etdikcə, YAP-ın da nüfuzu və gücü artır

Bu gün ölkəmizin davamlı tərəqqi yolunu uğurla davam etdirməsi bilavasitə Yeni Azərbaycan Partiyasının inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Bu uğurlar YAP-ın gücünü, nüfuzunu daha da artırır, eləcə də, gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir.

Hazırda YAP üzvlərinin sayı 550 min nəfərdən artıqdır. Sevindirici hallardandır ki, partiyanın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu amil artıq bir neçə ildir özünü davamlı olaraq göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Prezident İlham Əliyev siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu faktor YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır.

Ölkəmiz inkişaf etdikcə, YAP da inkişaf edir, güclənir, bunu ölkəmizdə keçirilən bütün seçkilərin nəticələri, ayrı-ayrı vaxtlarda Azərbaycanda ictimai-siyasi həyatla əlaqədar keçirilən sorğuların nəticələri də birmənalı şəkildə təsdiq edir. Eyni zamanda, hər bir rayon və şəhər təşkilatı fəaliyyət göstərdiyi ərazilərdə öz iş metodlarını təkmilləşdirməsi, yeniləşdirməsi, müasir texnologiyalardan daha çox faydalanmağa çalışması və gənclərlə işin gücləndirilməsi yönündə fəaliyyətini davam etdirir.


Radikal müxalifət liderləri gənclərin YAP ətrafında cəmləşməsindən narahatdırlar


Lakin son günlər cəmiyyətin aparıcı qüvvəsi olan gənc nəslin Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşməsi radikal müxalifət düşərgəsində böyük təşvişə səbəb olub. Siyasi tullantıya çevrilən radikal müxalifət partiya liderləri gənclərin YAP Nizamnaməsində göstərilən prinsipləri qəbul etmələrini, ilk növbədə, radikal müxalifətin ölkə gəncləri tərəfindən boykot edilməsi, gənclərin müxalifətə olan inamsızlığı kimi qəbul edirlər. Radikal müxalifət çıxılmaz vəziyyətdə qaldığı üçün çıxı yolunu kütləvi aksiyalar keçirməkdə, görərək, bu yolla gündəmdə qalmağa çalışırlar. Lakin radikal müxalifət liderləri anlamalıdır ki, cəmiyyətdə hörmətə, izzətə, xüsusi çəkiyə və söz sahibinə malik olmalısan ki, ətrafında dəyərli insanlar toplaşa bilsin. Amma bu partiyaların real gücü, qüvvəsi olmadığına, eyni zamanda, cəmiyyət və seçkilər tərəfindən real dəstəkləri olmadığına görə, radikal müxalifət tərəfindən keçirilən bu aksiyaların heç bir nəticəsi olmur. Sadəcə olaraq, görüntü yaratmaqdan başqa bir şey deyil. Belə görüntüləri süniləşdirməklə gündəmdə qalmağa cəhd göstərən dağıdıcı müxalifətin sağlam düşüncəli gəncləri öz ətraflarına toplamaq cəhdi də, əslində, özlərini ifşa etmək deməkdir. Çünki Azərbaycanın gənc nəsli nə radikalizmi, nə də ki, qondarma liderləri qəbul etmir. Hətta vaxtilə müxalifətdə təmsil olunan gənclər belə dağıdıcılıq siyasətinə etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müracətlər edirlər. Çünki nə qədər ki, radikal müxalifət liderləri öz əməllərinə son qoymayacaqlar, Azərbaycan gəncliyi də onlardan uzaq olacaq. Bu isə, bugünkü radikalizmin tamamilə iflası deməkdir.

RƏFİQƏ KAMALQIZI


Digər xəbərlər