PDF Oxu

Əsas

  • 11

SSRİ Nazirlər Sovetinin katibliyi və 9-cu İdarənin keçmiş əməkdaşları Heydər Əliyev Fondunda olublar

SSRİ Nazirlər Sovetinin katibliyi və 9-cu İdarənin keçmiş əməkdaşları Heydər Əliyev Fondunda olublar

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu İdarəsinin və SSRİ Səhiyyə Nazirliyi 4-cü İdarəsinin keçmiş əməkdaşlarından ibarət nümayəndə heyəti yanvarın 26-da Heydər Əliyev Fondunda olub.

AzərTAc-ın məlumatına görə, qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondunun ekspozisiyası ilə tanış olublar. Diqqətə çatdırılıb ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr Fondun ziyarətçilərində kövrək hisslər doğurub. Burada, həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri fondun ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Qonaqlar Fondda Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etdilər, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olublar.

Digər xəbərlər