PDF Oxu

Əsas

  • 7

“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının 3 əsas istiqaməti

“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının 3 əsas istiqaməti

"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında qeyri-neft sektorunun 3 əsas istiqamətdə inkişafını nəzərdə tutur. Bu konsepsiya Azərbaycanın gələcək 30-40 ildən sonrakı inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Şöbə müdirinin sözlərinə görə, hazırda zəruri strateji seçimlərin edilməsi milli inkişafımızın davamlılığını şərtləndirir: "Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası gələcəyə ünvanlanmış konkret bir baxışdır. BMT-nin, müxtəlif sahələrin ekspertlərinin bu işə cəlb edilməsi, Azərbaycan dövlətinin açıq, şəffaf siyasətinin bariz nümunəsidir. Regionun aparıcı dövləti kimi bizim fəaliyyətimiz regional əməkdaşlığın güclənməsinə töhfə verəcək, bölgə dövlətlərinin bu inkişafdan bəhrələnməsinə şərait yaradacaqdır". Elnur Aslanovun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında qeyri-neft sektorunun 3 əsas istiqamətdə inkişafı nəzərdə tutulur. Ölkənin bu günü 2020-ci ilə qədər təbii ki, ondan sonrakı inkişaf prinsiplərini müəyyənləşdirən bir açar olacaqdır: "Qeyri-neft sektorunun inkişafında 3 əsas prinsip var ki, bunlardan biri informasiya komunikasiya texnologiyalarının inkişafıdır. Bu sahənin inkişafı cənab Prezident tərəfindən təyin edilən əsas prioritet sahələrdən biridir. Bizim gələcək inkişafımızın möhkəm özüllər üzərində qurulmasının əsasını texnoloji tərəqqi təşkil edəcəkdir. Gələcəkdə Azərbaycan Qərblə Şərqi bağlayan informasiya texnologiyalarının nəqliyyat dəhlizi rolunu oynayacaqdır. Biz bununla gələcək inkişafımızın münbit zəminini hazırlayırıq. Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların hesablamalarına görə, əgər 2004-cü ildə vətəndaşların internetə çıxışı 7% təşkil edirdisə, bu gün bu rəqəm 60%-ə yüksəlmişdir". Azərbaycanın turizim potensialının inkişafından danışan Administrasiya rəsmisi son illər ölkənin turizim sektorunun yüksək templə inkişaf etdiyini bildirib: "Bu məsələ hazırda inkişafı nəzərdə tutulan ikinçi önəmli sahədir. Çünki Azərbaycan "Eurovision 2012"-nin keçirilməsi ərəfəsindədir və may ayında dünyanın aparıcı dövlətlərinin diqqəti Azərbaycanda olacaq. O zaman ölkəmizə minlərlə turistin gəlməsi reallaşacaq. Bu isə Azərbaycanın turizim sektorunun həm yülksək inkişaf etdirilməsinə, həm də dünya təcrübəsinə yaxından yiyələnməyə şərait yaradacaq".

Digər xəbərlər