Almaniyanın "Eurovision-2012" təmsilçisi adı uğrunda hazırda 6 nəfər mübarizə aparır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Unser Star für Baku" şousunun 4-cü mərhələsində 8 iştirakçıdan 2-si yarışı tərk edib.
Milli Seçimlərin növbəti 5-ci şousu Katja Petri, Celine Huber, Shelly Phillips, Ornella de Santis, Yana Gercke və Roman Lobun iştirakı ilə olacaq. Növbəti mərhələ fevralın 6-a təyin edilib. Bundan sonra isə yarımfinal və final mərhələləri keçiriləcək.
"Eurovision-2012" Milli Seçimlərinin yarımfinalı fevralın 13-ə, finalı isə fevralın 16-a təyin olunub.