YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Türkmənçay müqaviləsinin şərtlərinin Azərbaycanı böyük fəlakətlərə gətirib çıxardığı faktlar əsasında diqqətə çatdırıldı
"Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir. Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də, təntənəli səhifələri də, faciəli səhifələri də var." Ümummilli Liderimiz Heydər Əliyev tariximizə düzgün qiymət verib, onu düzgün təhlil etməyin vacibliyini bildirirdi. Bu səbəbdən də, Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra ilk görüşünün məhz ziyalılarla keçirilməsi də təsadüfi deyildi. Tarixi araşdırmaların miqyasının genişləndirilməsi, gələcəyimiz olan gənclərin bu faktlarla daha dolğun məlumatlandırılmaları qarşıya mühüm vəzifə kimi qoyulurdu. Hazırda bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının uğurlu siyasətində də gənclərə diqqət və qayğı öndə saxlanılmaqla yanaşı, bu istiqamətdə keçirdiyi əhəmiyyətli tədbirləri ilə gələcəyimiz olan gənclərimizin düzgün istiqamətlənməsində də böyük işlər aparılır. Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı əsasında tariximizin qaranlıq səhifələrindən olan Türkmənçay müqaviləsi ilə bağlı keçirilən diskussiya xarakterli tədbir də bu məqsədə xidmət edir.
İlk öncə YAP Gənclər Birliyi Mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov Türkmənçay müqaviləsi barədə məlumat verdi. Bildirdi ki, Türkmənçay müqaviləsi 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanıb. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalamışdılar. Müqavilə 16 maddədən ibarətdir.
Tədbirdə, həmçinin, Türkmənçay müqaviləsinin bu gün də acı nəticələrini yaşadığımız maddələri barədə danışıldı. Qeyd edildi ki, 3-cü maddə bildirilir - İran şahı həzrətləri öz adından və öz vərəsələri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. 5-ci maddədə isə vurğulanır ki, İran şahı həzrətləri Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların, bütün adaların, bununla bərabər həmin məmləkətdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır. Müqavilədə, həmçinin, İranın Xəzərdə hərbi donanma saxlaması yasaqlanır. Bildirilir ki, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər.
Gənclərlə görüşdə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Namiq Əsədov qeyd etdi ki, bu gün Azərbaycan tarixinin ən ağır günlərindən biridir: "Bu gün bədnam Türkmənçay müqaviləsinin imzalanmasının 184-cü ildönümüdür. Bu baxımdan da hadisəni yalnız tarixi deyil, beynəlxalq münasibətlər baxımından təhlil etmək lazımdır. Qeyd edim ki, Rusiyanın Cənubi Qafqaz siyasəti XVII əsrin ortalarından başlayır. Qafqaz elə bir regiondur ki, Avropanı Asiya ilə birləşdirir. Bütün dünya dövlətlərinin diqqətində olan tarixi İpək Yolunun keçdiyi bir ərazidir. Avropadan Asiyaya bir pəncərədir. Bu əraziyə sahib olmaq üçün Rusiya çox böyük çətinliklə qarşılaşır. Belə ki, Rusiya həm Osmanlı dövləti kimi, Səfəvi imperiyası kimi imperiyaları məğlub etməli idi ki, Qafqazı ələ keçirsin. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində öz müstəmləkəçilik maraqlarını genişləndirməyə çalışan və Qafqazı öz müstəmləkəçilik maraqlarına daxil etmiş Fransa və İngiltərə kimi dövlətlərin də maraqlarını üstələməli idi. Təbii ki, ilk dövrlərdə Rusiyanın bu niyyətini həyata keçirmək üçün elə də böyük imkanı yox idi. Ona görə də Rusiya ilk olaraq daxili məsələlərə önəm verdi. Həmin ölkələrin daxilində qeyri-müsəlmanlardan istifadə etməyə başladı."
Ermənilərin məkrli niyyətlərini tTədbirdə erməni yalanlarını təsdiqləyən xeyli sayda faktlar açıqlanaraq, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu yalanların ifşa olunduğu, həqiqətin dünya ictimaiyyətinə çatdırıldığı qeyd olundu.
R.HÜSEYNOVA