PDF Oxu

Əsas

  • 33

TUFANLARDAN KEÇƏN ÖMÜR

TUFANLARDAN KEÇƏN ÖMÜR

Dünən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü, publisist və tanınmış iş adamı Hacı Ağamirzə Əhədovun "Tufanlardan keçən ömür" və "XXI əsrin lideri" kitablarının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Sumqayıtın ictimaiyyət nümayəndələri, politoloqlar, ictimai-siyasi xadimlər və fəal ictimaiyyət nümayəndələri iştirak etdi.

Təqdimat mərasimini giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bir neçə gündən sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının yaranmasının 19-cu ildönümünün tamam olması münasibətilə YAP fəallarını təbrik etdi. YAP şəhər təşkilatının sədri VII konfrans ərəfəsində ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Konfransa 605 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Sumqayıt şəhər təşkilatının 19 illik fəaliyyəti barədə məlumat verən A.İmaməliyev bildirdi ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda, bu gün, yaşadığımız XXI əsrin özündə də ölkəmizin inkişafının əsasında Ümummilli Liderin ideyaları, onun zəngin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması və mövqelərini möhkəmləndirməsi Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP Sumqayıt şəhər təşkilatının sədri vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir.

Mərasimdə YAP Sumqayıt şəhər təşkilatının şura üzvü, şair-publisist Əvəz Mahmud, YAP Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvü, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov, "Sumqayıt" qəzetinin baş redaktoru Qüdrət Məlikov, 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, "Azərikimya" İB-in mətbuat xidmətinin əməkdaşı Rafiq Oday, Sumqayıt şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, Sumqayıt şəhər gənc yazıçılar birliyinin sədri İbrahim İlyaslı, "Dünya" TV-nin şöbə müdiri Qalib Əhmədov, Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Soltan Əsədov və digərləri kitab haqda fikirlərini söyləyərək, müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzuladılar.

YAP Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvü, "Karvan" ASC-nin sədri Hacı Ağamirzə Əhədov tədbirdə çıxış edərək, iştirakçılara söylədikləri yüksək və dəyərli fikirlərinə görə öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Sonda YAP Sumqayıt şəhər təşkilatının fəal gənclərinə Ağamirzə Əhədov tərəfindən müəllifin ürək sözləri və imzası olan kitabları paylandı.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər