PDF Oxu

Əsas

  • 16

XOCALI SOYQIRIMI DÜNYA MİQYASINDA QINANILIR

XOCALI SOYQIRIMI DÜNYA MİQYASINDA QINANILIR

Təmsilçilikdən bildiriblər ki, fevralın 25-də saat 14.00-da Bursanın mərkəzi meydanında keçiriləcək yürüşlə bağlı şəhər valiliyi və əmniyyət müdiri ilə görüş keçirilib və onların razılığı alınıb.

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində keçiriləcək yürüşə Bursa sakinləri, şəhərin qonaqları və burada yaşayan azərbaycanlılar dəvət olunublar. Yürüşdə iştirak edəcək insanların əllərində Xocalı faciəsini əks etdirən fotoşəkillər və transparantlar olacaq.

Eyni zamanda, Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin ictimaiyyət və media nümayəndələri üçün mətbuat açıqlaması ilə başa çatacaq.

ALMANİYA- Maqdeburqda insanlığa qarşı ağır cinayətə etiraz əlaməti

olaraq avtomobil yürüşü keçirilib

Almaniyanın Maqdeburq şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyanın Maqdeburq şəhərində Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə insanlığa qarşı bu ağır cinayətə etiraz əlaməti olaraq, avtomobil yürüşü keçirilib.

Aksiyada soydaşlarımızla yanaşı, rus, yəhudi diasporları, həmçinin, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Üzərində Azərbaycan bayrağı olan, Xocalı soyqırımını pisləyən şüarlar yazılmış avtomobillər Maqdeburq şəhərinin mərkəzi küçələrində 1 saat 30 dəqiqə ərzində müxtəlif şüarlar altında hərəkət ediblər.

Aksiyadan sonra Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev iştirakçılara Qarabağ və Xocalı dəhşətləri haqqında daha ətraflı məlumat verib, bu qətliamın insanlıq əleyhinə ağır cinayət olduğunu bildirib.


PRİBADİ - İndoneziyada Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb

İndoneziyada fəaliyyət göstərən Pribadi türk məktəbində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə müxtəlif təhsil ocaqlarından professor-müəllim heyəti, çoxsaylı tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı soyqırımına dair fotoşəkillər, Dağlıq Qarabağ münaqişəsini, münaqişə zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətləri ifşa edən kitab və nəşrlərin sərgisinə baxış və toplantı iştirakçıları üçün soyqırıma həsr olunmuş "The Khojaly Genocide" filminin nümayişi ilə başlayıb.

Toplantının əvvəlində iştirakçılar Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev, Pribadi məktəbinin direktoru Sudarman S.Sos, İndoneziyanın "YENBU" Fondunun nümayəndəsi Paşa İvgen və "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyanın İndoneziya üzrə koordinatoru İmas Fuciati 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş Xocalı soyqırımı barədə məlumat veriblər. Onlar tədbir iştirakçılarını "Xocalıya Ədalət" kampaniyasının www.justiceforkhojaly.org internet saytında yerləşdirilmiş dünya liderlərinə törədilmiş soyqırımı insanlığa qarşı cinayət kimi tanımaları ilə bağlı müraciətə qoşulmağa dəvət ediblər.

Tədbirin sonunda müraciətin imzalanma mərasimi keçirilib, Səfirliyin nəşr etdirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, tədbirlərlə əlaqədar hazırlanmış digər məlumatlar iştirakçılar arasında yayılıb.


ABŞ - Texas ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib

Texas ştatının Nümayəndələr Palatasının üzvü Mark Şeltonun hazırladığı Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar 12R448 saylı qətnamə layihəsi qəbul olunub. Qətnamədə bildirilir ki, 2012-ci il 26 fevral tarixi dünya azərbaycanlıları üçün anım günüdür. Qətliam barədə ABŞ-ın xəbər nəşrlərində məlumat verilib.

ABŞ-dakı Azərbaycan diaspora təşkilatları, o cümlədən, USAN bu qətnaməni alqışlayıb və bildiriblər ki, 2012-ci ilin fevralında qəbul edilmiş bu qətnamə Texas qanunvericilərinin Xocalı qətliamı ilə bağlı qəbul etdiyi ikinci sənəddir.

İlk sənəd 2011-ci il martın 3-də qəbul edilmiş H.R.535 saylı qətnamədir. Bu qətnamə Texas Nümayəndələr Palatasına respublikaçı Mörfi tərəfindən təklif olunub və Palatanın spikeri tərəfindən imzalanıb.


MERİLEND - Senator Brayan Froş Xocalı faciəsinin 20 illiyi ilə bağlı açıqlama yayıb

ABŞ-ın Merilend ştatının senatoru Brayan Froş Amerika azərbaycanlılarının Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar keçirdiyi beşinci kampaniyaya cavab verib. Senator Azərbaycan icmasına göndərdiyi məktubunda yazıb: "Təəssüf ki, tarix boyu biz günahsız insanlara qarşı bu cür amansızlıqların şahidi olmuşuq".

Azərbaycan diasporunun Amerika qanunvericilərinə ünvanladığı məktublarda bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan ordusu dinc azərbaycanlı sakinlərə qarşı dəhşətli cinayət törədib: "Bu hadisə müasir tariximizdə Cənubi Qafqaz və Xəzər bölgəsində törədilən ən böyük qətliam və hərbi cinayətdir. Həmin gün Ermənistan hökumətinin Dağlıq Qarabağı etnik azərbaycanlılardan təmizləmək üçün göstərdiyi səylər bu soyqırım aktı ilə nəticələndi. İnsanlar öldürüldü, yaralandı, əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət 2000-ə yaxın günahsız insan əsir alındı".

Diaspora üzvləri senatorları bu hərbi cinayəti və soyqırımı qanunvericilik aktları vasitəsilə tanımağa və anmağa çağırıblar.

"Mən sizin mesajınızı fevralın 26-da mütləq yada salacağam" deyə Froş əlavə edib.

RÖVŞƏN

Digər xəbərlər