PDF Oxu

Əsas

  • 18

“Azerbaycan - Kafkaslardaki Avrupa” adlı filmin təqdimat mərasimi keçirilib

“Azerbaycan - Kafkaslardaki Avrupa” adlı filmin təqdimat mərasimi keçirilib

Bakıda Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi "Azerbaycan - Kafkaslardaki Avrupa" adlı filmin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov bildirib ki, film 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edir.

İcra katibi filimdə ulu öndər Heydən Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın iqtisadi və digər sahələrdə inkişaf etməsinə geniş yer verildiyini deyib. Əli Əhmədov vurğulayıb ki, filmdə eyni zamanda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi öz əksini tapıb. Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə gedən davamlı inkişaf və bu istiqamətdə müəyyənləşdirilmiş uğurlu siyasi-iqtisadi strategiya Azərbaycanı nəinki regionda, eləcə də, Avrasiya məkanında lider dövlətə çevirib. O, qeyd edib ki, hazırkı tərəqqi Prezident İlham Əliyevin qətiyyətli, dönməz və prisipial siyasi iradəsinin, eləcə də, uzaqgörənliyinin və gələcək perspektivləri öncədən müəyyənləşdirməsinin, zamanında düzgün qərarlar qəbul edə bilməsinin bariz nəticəsidir.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu səpkidə filmlərin çəkilməsinin vacibliyini qeyd edib: "Hazırda Azərbaycan xalqı ölkəmizin bütün sferalarda mövcud inkişafının öz gözləri ilə şahidi olur . Məhz gələcək nəsillərə bu günki tarixi bütün detalları ilə çatdırmaq üçün bu cür filmlərin çəkilməsi vacibdir".

Daha sonra film nümayiş olunub. Filmin başlanğıcı müasir Azərbaycan dövlətçiliyinin banisı, dahi şəxisyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. Bundan başqa filmdə Heydər Əliyev fenomeni haqqında müsahiblərin dəyərli düşüncələri yer alıb. Şərəfli həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu filmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Filmdə Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur.

Dövlətimizin başçısının portretini tamamlayan ştrixlərdən danışarkən dövlət rəsmiləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər. Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaqdır. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilib. Azərbaycanın zəngin sərvətlərini, qədim mədəniyyətini, təbii gözəlliklərini, milli adət-ənənələrini və müasir inkişafını əks etdirən kadrlar filmi daha maraqlı və məzmunlu edib. Daha sonra Yeni Azərbaycan Partiyasının rəhbəriliyi adından 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbirdə iştirak edən qadınlara gül dəstələri təqdim olunub.

İlkin Nəcəfov

Digər xəbərlər