PDF Oxu

Əsas

  • 14

Bakıda möhtəşəm bayram atəsfəsanlıgı keçirilib

Bakıda möhtəşəm bayram atəsfəsanlıgı keçirilib

Dünən yurdumuzun hər yerində İlaxır çərşənbəsi böyük sevinclə qeyd olunub. Bu isə o deməkdir ki, artıq yurdumuza bahar gəlir. Havalar istiləşir, Torpaq oyanır, aləmi yaşıllıq bürüyür. Ənənəyə sadiq olaraq bu il də son çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz tədbirləri çərçivəsində şənliklərə start verildi. Qoşa Qala qapısının qarşısında səhər saatlarında böyük bir izdiham yaşanırdı. Keçəl və kosa öz zarafatları ilə paytaxt sakinlərini əyləndirir, milli geyimli 12 atlı süvari, 5 faytonda olan musiqiçilər son yol hazırlıqlarını görürdü.

Izdihama qoşulan paytaxt sakinləri isə fürsətdən istifadə edib kosa və kecəllə şəkil çəkdirirdilər. Nəhayət, vaxt yetişdi. Atlılar atlandılar, faytonlar və 6 dəvədən ibarət karvan, Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qızı, Keçəl-Kosa, digər iştirakçılar müqəddəs odu alovlandırmaq üçün Suraxanı rayonu ərazisindəki "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna yola düşdü. Yola düşən karvanı Bakı şəhər İcra Hakimiyyətinin qarşısında şəhər meri Hacıbala Abutalıbov salamladı. Daha sonra paytaxt küçərəri boyu irəliləyən karvan sakinlərin alqış və sevinc nidaları ilə qarşılandı. Nəhayət ki, uzun yol qət edən karvan günorta saatlarında Suraxanı atəşgahına yetişdi. Burada bayram bayrama qarışmışdı. Bir tərəfdə çəngi sədaları altında idmancı pəhləvanlar güclərini nümayiş etdirir, digər bir tərəfdə də milli geyimli rəqs kollektivləri öz rəqslərini təqdim edirdilər. Tarixi qəhrəmanımız olan Dədə Qorqud və Bahar qızı atəşgaha gələrək rəmzi məşəli alovlandırdı.

Hər kəsin üzündə bir bahar sevinci yaşanırdı. Paytaxta istiqamət alan karvan isə aramla addımlayırdı. Yanar məşəli əlində tutan cəngavərlər yol boyu düzülən sakinləri salamlayır, milli musiqinin sədaları altında rəqs edirdilər. Axsam saatlarında karvan nəhayət ki, Qoşa Qala qapısının qarşısındakı "Gənclər" meydanına gəlib catdı. Burada isə möhtəşəm bir tonqal hazırlanıb alovlanacağı anı gözləyirdi. Nəhayət, burada genis konsert proqrami oldu. Eyni zamanda saat 20:00-da möhtəşəm bayram atəsfəsanlıgı bas tutdu. Beləcə, ölkəmiz ilaxır cərşənbəni yola saldı Novruzu qarşılamağa daha bir uğurlu addım atdı. Bayramınız mübarək!

Digər xəbərlər