PDF Oxu

Əsas

  • 17

Quba məzarlığı ermənilərin  Azərbaycan xalqına qarşı törətdiyi bədnam soyqırımı siyasətidir

Quba məzarlığı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bədnam soyqırımı siyasətidir

YAP Binəqədi rayon təşkilatı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımı Günü ilə əlaqədar olaraq bir qrup rayon partiya fəalları, millət vəkilləri Madar Musayev və Rafael Cəbrayılovun iştirakı ilə Quba rayonunda aşkar olunmuş kütləvi məzarlığı ziyarət ediblər.

YAP Quba rayon təşkilatının bir qrup fəalı ilə səyyar görüş keçirilmiş, Qubada baş vermiş bu soyqırımla əlaqədar fikir mübadiləsi aparılıb. Bildirilib ki, erməni qəsbkarları tarixin bütün səhifələrində Azərbaycan xalqına, türklərə qarşı çox böyük dəhşətli amansızlıqlar həyata keçirərək, bir əsrdə bir neçə dəfə millətimizə qarşı soyqırımı siyasəti aparıblar. Tarixən, Azərbaycan xalqına qarşı böyük amansızlıqlar və soyqırımı siyasəti həyata keçirən bədnam və qəsbkar ermənilər öz çirkin niyyətlərini reallaşdırmaq üçün ən azğın əməllərini göstəriblər. Erməni azğınları tərəfindən xalqımızın tarixin müxtəlif məqamlarında başına gətirilən bəlaların yeganə səbəb isə məkrli niyyət olub. Məhz erməni məkrinin və qaniçənliyinin növbəti nümunəsi olan Quba məzarlığı bütün dünya ictimaiyyətini dəhşətə gətirib. Bu məzarlığı ziyarət edən yerli və xarici qonaqlar erməni vandalizminin və vəhşiliyinin bütün çalarlarını dildə deyil, faktiki olaraq, canlı şahidinə çevrilirlər. Ona görə də, artıq bir ziyarətə çevrilən bu məzarlıq dünya ictimaiyyətində erməni vəhişiliyinə qarşı tam, dolğun təfsilat yaradır. Tarix elmləri üzrə fəlsəfə elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məzarlığı ziyarət edənlərə 1918-ci ildə Qubada törədilmiş kütləvi soyqırımla əlaqədar ətraflı məlumat verib. Məzarlıqla ümumi tanışlıq zamanı Q. Ağayev bildirib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən Quba kütləvi məzarlığı aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işləri zamanı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu aşkarlanıb. Birinci quyunun dərinliyi 4,7 m, diametri isə 5 metr, ikinci quyunun isə dərinliyi 2, diametri 2,5 metrdir. Sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət qalmadığını Q.Ağayev təəssüf hissi ilə bildirib. Məzarlığın şərq-qərb hissəsində aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan iki arx da keçirmiş. Antropoloqların rəyincə, quyulardakı sümüklərlə, arxlardakı sümüklər arasında fərqlər var. Yerli sakinlərlə yanaşı, ekspertlərin rəyinə görə, həqiqətən də, insanları əvvəlcə Quba rayondakı Çuxur hamamda buxarda boğub, sonra isə quyulara atıblar. Məhz erməni cinayətlərindən canlarını bu və ya digər formada xilas edə bilmiş şahidlər də bu faciənin olduğu anı təsdiqləyirlər. Belə bir ehtimal olunur ki, ermənilər quyunu, məhz yerli insanların özlərinə qazdırıblar, sonra isə onları da qətlə yetirərək, arxlara və müxtəlif su axarlarına atıblar. Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edildiyini əlavə edib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə, əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Erməni faşizmi bu insanlığa sığışmayan qətlləri həyata keçirən zaman bir dənə də olsun güllədən istifadə etməyib. Q.Ağayev bunu tapılmış olan kəllə sümüklərinə nəzər saldıqda, bu faktın təsdiqləndiyini bildirib.

Sonda rayon təşkilatının sədri N.Xəlilov kütləvi məzarlıq kompleksində qoyulmuş "Xatirə kitabı"na ürək sözlərini yazaraq, soyqırımı zamanı həlak olanlara rəhmət dilədi.


Z.Bayramova

Digər xəbərlər