PDF Oxu

Əsas

  • 21

Yeniləşən və inkışaf edən partiya

Yeniləşən və inkışaf edən partiya

Dünən Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının VIII konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. "Qafqaz Resort" hotelin kofrans zalında davam edən toplantıda müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, sıralarında 5000 nəfərə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının ərazi ilk təşkilatlarının sayı 76-ya çatmışdır. Yeni Azərbaycan Partiyası üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, seçkilərdə xüsusi fəallıq nümayiş etdirirlər.

Natiq öz çıxışında Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, YAP-ın nüfuzunun daha da artdığını, rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərində partiya üzvlərinin fəal iştirak etdiyini bildirmişdir Partiyanın sədri, Prezident İlham Əliyevin ötən konfransdan bəri rayonda 6 dəfə olduğunu, hər səfərin sevincinin bu gün də yaşandığını diqqətə çatdıran məruzəçi bunu dövlətimizin başçısının regionlara, o cümlədən Qəbələ rayonuna diqqət və qayğısının parlaq təcəssümü olduğunu qeyd etmişdir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası yaxın keçmişimizdə baş verən çox mürəkkəb dramatik hadisələrdən inamla çıxmış, bütün gücü ilə Azərbaycan dövlətçiliyin keçiyində durmuş, onun dönməzliyi naminə əzmlə mübarizə aparmışdır. Bu baxımdan partiyamızın liderinin mübarizliyi, qətiyyəti, polad iradəsi hər bir partiya üzvü üçün örnəkdir, siyasi həyat məktəbidir. Konfransda iştirak edən Milli Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı Azərbaycan dövlətçiliyinin formalaşmasında, respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında partiyanın sədri, Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu bildirərək YAP-ın rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Çıxış edən partiya fəalları partiyanın dövlət siyasətinə daim dəstək verdiyini, təşkilatın bundan sonra da qabaqcıl, mübariz təşkilat kimi öz işini uğurla davam etdirəcəyinə əminliklərini ifadə etmişlər.Konfransda nəzarət təftiş qrupunun sədrinin hesabatı dinlənilmişdir. Tədbirdə konfransın qətnamə layihəsi oxunmuş, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni tərkibi seçilmişdir. Ağasəfov Abil Adil oğlu Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri seçilmişdir. Konfransda həmçinin 45 nəfərdən ibarət şura, 15 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət Nəzarət Təftiş qrupunun üzvləri seçilmişdir.

Konfransda Azərbaycan Respulikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilib.


Rəfiqə

Digər xəbərlər