"Səs" qəzeti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş "Böyük xilsakarlıq missiyası" adlı xüsusi buraxılış hazırlayıb. Xüsusi buraxılışda Azərbaycan ziyalılarının Ulu Öndər Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə edilən müraciəti, Ümummilli Lider Heydər Əliyevin ziyalıların müraciətinə olan tarixi əhəmiyyətli cavabı, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Heydər Əliyevin xalq, dövlət qarşısındakı yorulmaz xidmətləri, eləcə də, digər müxtəlif sahələrdə əldə edilən uğurları və Onun müdrik fikirləri barədə geniş xarakterli məqalələr yer almışdır.
Eyni zamanda, xüsusi buraxılışda Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək perspektivləri, uğur və nailiyyətləri əks etdirən məqalələr rəngli, illüstrativ və yüksək tərtibatla oxucuların zövqünü oxşayacaq.
Xüsusi buraxılışın digər səhifələrində "Azərbaycan Sizin sözünüzü gözləyir", "Yeni, Müstəqil Azərbaycan uğrunda", "Müstəqil Azərbaycanın qurucusu", "Heydər Əliyev yolunun layiqli varisi - İlham Əliyev", "Heydər Əliyev epoxası - vüsət və əzəmətin parlaq təzahürü", "Dünya azrbaycanlılarını vahid məfkurə ətrafında birləşdirən Lider", "Ümumxalq mənafeyini uca tutmuş dahi şəxsiyyət", "Qüdrətli Azərbaycan ordusunun yaradıcısı", "Dünya liderləri Heydər Əliyev haqqında", "Dünyaya söz deyən Azərbaycan nefti" və başqa yazılarda Ümummilli Liderin bütün sahələrin tərəqqisi istiqamətində atdığı addımlar və onların uğurlu davamı geniş və müfəssəl şəkildə təqdim edilir.
RÖVŞƏN NURƏDDİNOĞLU