PDF Oxu

Əsas

  • 26

Bişkekdə akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş “Gorus-2010: absurd teatrı mövsümü” kitabının təqdimat mərasimi keçirilib

Bişkekdə akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş “Gorus-2010: absurd teatrı mövsümü” kitabının təqdimat mərasimi keçirilib

T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimat mərasimi keçirmişdir.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) ilə birlikdə təşkil etdiyi tədbirdə Qırğızıstan Prezidenti Administrasiyası protokol şöbəsinin müdiri Akram Madumarov, səfirliyinin əməkdaşları, elm adamları, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının fəalları, jurnalistlər iştirak etmişlər.

Səfir Arif Ağayev iştirakçılara kitabın əhəmiyyəti barədə məlumat vermiş, Azərbaycan tarixinin Qırğızıstanda öyrənilməsi baxımından kitabın müstəsna rolundan danışmışdır. O, kitabın tərcümə olunması və nəşrinə göstərdiyi dəstəyə görə TDSDF-nun sədri Nüsrət Məmmədov və kitabın tərcüməçisi, tanınmış şair Mukan Asanaliyevə minnətdarlığını bildirmişdir.

Xalq şairi, Qırğızıstan qəhrəmanı, Toktoqul adına Dövlət mükafatı laureatı Sooronbay Jusuyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu, ermənilərin bu torpaqları hansı yollarla ələ keçirməsini, ümumiyyətlə Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasından danışmışdır. O bildirmişdir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və digər rayonları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır.

Akademik Askar Kakeyev Azərbaycanın sürətli iqtisadi inkişafından, ölkənin regionda lider dövlətə çevrildiyini xüsusi qeyd etmişdir. O demişdir ki, bütün bu uğurlar Azərbaycan Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Mukan Asanaliyev əsərdə tarixi faktlara geniş yer verilməsindən söz açmış, kitabı qısa müddətdə tərcümə etdiyini bildirmişdir.

TDSDF-nun sədri Nüsrət Məmmədov Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılmasında kitabın rolundan danışmış, qırğız xalqının tarixinin Azərbaycanda nəşr edilməsinin vacibliyini vurğulamışdır.

Tədbir böyük konsert proqramı ilə başa çatmışdır.

Digər xəbərlər