“Azərbaycan ABŞ üçün strateji əhəmiyyətli məsələlərdə mühüm rol oynayır”
Hörmatli qonaqlar, konfrans iştirakçıları! Mən ABŞ-Azərbaycan əlaqələrinin iştirakçısı olmuşam. Prezident Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşmək imkanım olub. Keçən il isə ailəmlə, uşaqlarımla Bakıya səfər etdim. Deməliyəm ki, Azərbaycan Birləşmiş Ştatlar üçün strateji əhəmiyyəti olan məsələlərdə, doğrudan da, mühüm rol oynayır. Azərbaycan 11 sentyabr hadisələrindən sonra müxtəlif humanitar fəaliyyətlərin iştirakçısı olub.
Əlaqələrimizin inkişafına və regionda sabitliyə təsir edəcək ən üstün cəhət o olacaq ki, biz Dağlıq Qarabağ probleminin həllində ləngimədən bir irəliləyiş əldə edək.
"907-ci düzəliş", "Azadlığa Dəstək Aktı"na bu düzəliş qəbul olunanda mən Kapitolidə işləyirdim. Ölkələrin bərabər şəkildə tanınması üçün hələ çox işləmək lazımdır. "İkili standart" anlayışı olmamalıdır.
Mənim fikrimcə, ən böyük problem Dağlıq Qarabağ probleminin necə həll olunmasıdır. Uzunmüddətli, ədalətli sülhə aparan danışıqlardan daha məqbul bir yol yoxdur. Burada gecikmək də olmaz. Minsk Qrupuna Rusiya, Fransa və Birləşmiş Ştatlar daxildir. Qeyd etdik ki, burada daha böyük dialoq olmalıdır. Yalnız iqtisadi dialoq yox, sənayenin müxtəlif sahələrini əhatə edən böyük dialoq.
Təhsil sahəsi çox mühüm sahədir. Sentyabr ayında Azərbaycan Diplomatik Akademiyasının yeni tələbə şəhərciyi istifadəyə veriləcəkdir. Elə bilirəm ki, orada çox gözəl bir universitet və layiqli tələbələr olacaq.
Əlaqələrimizin inkişafına və regionda sabitliyə təsir edəcək ən üstün cəhət o olacaq ki, biz Dağlıq Qarabağ probleminin həllində ləngimədən bir irəliləyiş əldə edək. Qarşıya məqsəd qoymaq lazımdır. 2014-cü ildə problemin real həllində ən azı bir irəliləyiş olmalıdır. Bu da gecdir, bu tarix də lazım olan yolu getməyə imkan vermir. Düşünmürəm ki, indi, bu saat problemin həllini axtarıb tapmaq lazımdır. Amma bunu ləngimədən, təxirə salmadan hiss etmək lazımdır. Bu mənada, bir şey etməliyik ki, sonra təəssüflənməyək.