PDF Oxu

Əsas

  • 15

Azərbaycan tarixinə yazılacaq 22 may tarixi

Azərbaycan tarixinə yazılacaq 22 may tarixi
Azərbaycan artıq Avropanın ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edir. "Eurovision" Mahnı Müsabiqəsində 4 il ardıcıl iştirak edən Azərbaycan bu layihədə qısa müddətdə uğur qazandı. Bu tarixi qələbədən sonra ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsinə ciddi hazırlıq işləri görməyə başladı. Müsabiqəni yüksək səviyyədə təşkil etmək və Odlar Yurdunun dünyaya səs salan musiqi mədəniyyətini Avropaya mükəmməl təqdim etməyi qarşıya məqsəd qoydu.
"Eurovision" Mahnı Müsabiqəsinin məşvərət qrupu Bakıda toplaşaraq, yarışmaya hazırlıq məsələlərini müzakirəyə çıxarıdığı zamandan böyük işlər reallaşır. Avqustun 31-də "Eurovision" Mahnı Müsabiqəsinin məşvərət qrupunun Bakıda ilk iclası keçirildi. Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb: "Bu, onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır".
"Eurovision" Mahnı Müsabiqəsi 56 illik tarix yaşayan uzunömürlü bir layihənin 57-ci tarixi paytaxtımızda yazılır. Nəhayət, aylarla həyəcan içərisində yaşadığımız zaman yetişdi. Paytaxt Bakıda 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin rəsmi açılış oldu. Dünyanın müxtəlif ölkələrinin təmsilçilərini öz məşəli ətrafına topladı. Budur, Azərbaycan tarixinə yazılacaq 22 may tarixi. Bu zamana çatana qədər ayları arxada qoymuş olsaq da, böyük möhtəşəmiliyin yaşanılmasına nail olduq. Düsseldorfdakı tarixi qələbədən sonra Azərbaycanın möhtəşəm beynəlxalq layihə üzərində işə başlaması bu müsabiqənin dünya xalqlarının yaddaşında silinməz iz salacağına şübhə oyatmırdı. Dünya ölkələrini təmsil edən 42 təmsilçinin Bakıdakı möhtəşəm "Bakı Kristall zalı"ndakı çıxışı artıq hər şeyin hansı səviyyədə olduğunu göstərir. Bakının mövcud durumu, ölkədə aparılan işlər elə müsabiqənin bu səviyyədə təşkilini təsdiqləyirdi. Azərbaycanda möhtəşəm şounun şahidi olacaqları şübhə doğurmur. Bakıda hazırlıq işlərinin sürətlə getməsi və vaxtında hər işin tamamlanması müsabiqə iştirakçılarının hər birində maraq və heyrət doğurub. Qalibiyyətin səhəri günündən başlana yol öz nəticəsin verdi. Azərbaycanda müsabiqənin keçirilməsi üçün alternativ variantlar olsa da, yeni bir yerin tikintisinə qərar verildi. Təhlükəsizlik məsələsi tam təmin edildi. Viza rejim sadələşdirildi.
Turistlərin lazımi səviyyədə yerləşdirilməsi üçün Bakıda yeni 5 ulduzlu mehmanxana tikilib, 6 hotel tipli məkanda istifadəyə verildi. Bütün bu görülən işlər, xarici qonaqların ölkəmizin müsabiqəyə hazırlıq işlərinin yüksək səviyyədə təşkili ilə bağlı söylədikləri yüksək fikirlər yarışmanın 57 illik tarixində ən yaddaqalan, ən miqyaslı təşkil olunmuş müsabiqə olacağından xəbər verir.

NƏZAKƏT

Digər xəbərlər