PDF Oxu

Əsas

  • 10

ŞKTC-də Azərbaycan Gəncləri Forumu keçirilib

ŞKTC-də Azərbaycan Gəncləri Forumu keçirilib

Məlum olduğu kimi bu günlərdə Şimali Kipr Türk Cumhuriyyətinin Doğu Akdeniz Universitetində Azərbaycan Gəncləri Forumu keçirilib. Qeyd edək ki, tədbir Doğu Akdeniz Universitetində azərbaycanlı tələbələrin təsis etdiyi Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Bu təşkilatın dəvəti ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı gənclər birliyinin sədri Əli Pənahov Azərbaycan Gəncləri Forumunda iştirak edib.

Forumu giriş sözü ilə açan DAU-Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib. Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak çıxış edərək, forumun ŞKTC və Azərbaycan Respublikası arasındakı əlaqələrin genişlənməsinə vəsilə olacağını vurğulayıb.

Forumda iştirak edən ŞKTC-nin prezidenti Dərviş Əroğlu öz nitqində Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti üçün qardaş ölkə olduğunu, Kipr türkünün Azərbaycanla bağlı hər məsələyə çox həssaslıqla davrandığını qeyd edib. O, Azərbaycanın hər keçən gün güclənən və nüfuzlu bir ölkə olduğunu və Şimali Kipr Türk Cümhuriyyətinə tətbiq edilən embarqoların qaldırılmasında artıq önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb.

Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Sədaqət Vəliyevanın çıxışları da forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Millət vəkilləri forum çərçivəsində burada təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə bağlı geniş fikirlər söyləyiblər.

YAP Nizami rayon təşkilatı gənclər birliyinin sədri Əli Pənahov isə çıxışında Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. O, həmçinin, YAP Gənclər Birliyi ilə DAU-Azərbaycan Cəmiyyəti arasındakı geniş əlaqələrin mövcud olduğunu vurğulayıb. Ə.Pənahovun sözlərinə görə, YAP Gənclər Birliyi cəmiyyətin Azərbaycanın təbliği istiqamətində gördüyü məqsədyönlü işləri təqdirəlayiq hesab edir və gələcəkdə bu cür tədbirlərin daha çox keçiriləcəyini ümid edir. Ə.Pənahov DAU-Azərbaycan Cəmiyyətinin rəhbər heyətinin, məhz YAP Gənclər Birliyinin üzvləri sırasında olmasının DAU-Azərbaycan Cəmiyyəti və YAP Gənclər Birliyi arasındakı əlaqələrin gücləndirilməsinə təkan verdiyini iştirakçıların nəzərinə çatdırıb.


R.KAMALQIZI

Digər xəbərlər