PDF Oxu

Əsas

  • 38

Aqressiv müxalifətin Qərb və İran sevgisi nədən qaynaqlanır?

Aqressiv müxalifətin Qərb və İran sevgisi nədən qaynaqlanır?

Aqressiv və dağıdıcı müxalifət ünsürləri getdikcə daha da azğınlaşıb, xəyanətkar siyasətlərini yürütməkdə necə israrlı olduqlarını müxtəlif vasitələrlə sərgiləməkdədirlər. Həmin çirkin və məkrli vasitələrdən biri də radikal düşərgə mənsublarının xarici siyasi dairələr qarşılığında öhdəliklər götürmələri, bu öhdəliklərin müqabilində dövlətçiliyə qarşı xələl gətirmək ambisiyalarıdır. Söz yox ki, həmin ambisiyalara daxil olan \"müddəalardan\" biri də müxalifətçilərin anti-Azərbaycan dairələrinin yardımları sayəsində hakimiyyəti ələ keçirmək ehtimalında olmalarıdır. Onu da qeyd etmək yerinə düşərdi ki, hələ mart ayında \"İctimai Palata\"nın inhisarçı \"liderləri\" ilə görüşən Almaniya, Norveç və digər ölkələrin dipkorpus nümayəndələri həm Müsavat başqanına, həm də AXCP (i) sədrinə onlarla birlikdə hakimiyyəti bölüşəcəklərini vəd etmişdilər. Bu isə, o deməkdir ki, ən çirkin variantlarla olsa belə, hakimiyyətə doğru can atan radikal müxalifət ünsürləri artıq indidən Azərbaycanı şəxsi maraqlarına qurban verməyə hazır olduqlarını bütün çılpaqlıqları ilə nümayiş etdirirlər.

Sözügedən fikirləri təhlil edərkən, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun verdiyi açıqlamaya diqqət yetirmək mümkündür. Belə ki, onun qənaətinə görə, Azərbaycan müxalifəti bu addımları ilə özünün nə qədər rəzil olduğunu nümayiş edir: \"Görün, Azərbaycan müxalifəti nə qədər rəzil, anti-Azərbaycan mövqelidir. Gələn qonaqları mikrorayonlara aparıb göstərirlər ki, burada asfalt dağılıb. Niyə aparıb qaçqın düşərgələrini göstərmirlər?\"


\"Onları Dağlıq Qarabağ deyil, hakimiyyətə gəlmək maraqlandırır\"


Ə. Həsənov müxalifətdəkilərin əksəriyyətinin Qarabağdan olduqlarını, müharibəni yaşadıqlarını bildirib: \"Lakin onları Dağlıq Qarabağ deyil, hakimiyyətə gəlmək maraqlandırır. Onlara isə hakimiyyəti kimin verəcəyini yaxşı bilirlər. Lakin bunun üçün Azərbaycanı işğal etmək, azərbaycanlıların meyiti üzərindən keçmək lazımdır. Biz qətiyyən demirik ki, Azərbaycanda hüquqları tapdanan yoxdur.

Anti-Azərbaycan platformasında birləşən müxalifət isə hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər. Xalqın etimadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. Guya xalq gəzintisi keçirirlər. Bir nəfər çıxıb desin ki, harada belə xalq gəzintisi olub? Hansı xalq yürüşü zamanı xarici jurnalist görən kimi özünü yerə çırpıb, çığırıb? Müxalifətin təşkil etdiyi xalq yürüşündə isə məhz belə hallar oldu\".


\"Sənin dinin də saxtadır, özün də saxtasan!\"


Sözsüz ki, xarici faktorların müdaxiləsi dedikdə, buraya qonşu İranın da anti-Azərbaycan fəaliyyətini göstərmək mümkündür. Özlərini \"müsəlman\" deyə adlandıran panfarsizm rejiminin şovinist liderləri həmin fəaliyyətləri arxasında Azərbaycan müxalifətindən kifayət qədər istifadə edirlər. Burada daha çox AXCP (i) sədri Əli Kərimovun xəyanətkar fəaliyyətini aid etmək mümkündür. Gah bu, gah da digər formalarda pro-İran meyilli açıqlamaları ilə hansı xislətə mənsub olduğunu aşkar edən \"cəbhə\" sədrinin nədənsə həmin ölkənin müəyyən dairələrinə neçəyə satıldığını etiraf etməyə qorxur.

Eləcə də, İranın Azərbaycana qarşı aqressiya, təhdid və təhqirlərə yol verməsi islam dövlətinə yaraşmayan haldır. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan dirəniş göstərir və İran ruhaniyyətinə deyir ki, ayıbdır: \"Alnını möhürə vurursan, hər gün əlini Allaha tutursan, amma məsciddən çıxan kimi yalan danışırsan. Sənin dinin də saxtadır, özün də saxtasan. Bizə belə ruhaniyyət lazım deyil\".

Onlar hesab edirlər ki, Azərbaycanı qorxutmaqla gey-parad keçirilməsinin qarşısını alıblar: \"Biz guya gey-parad keçirməyə hazırlaşırdıq. Biz haqqımız olan \"Eurovosion\" keçirmək istəyirdik. Biz geridə qaldığımızı yox, sürətlə inkişaf etdiyimizi göstərdik\".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər