Azərbaycan müasir dövrümüzdə potensialı ilə dünya arensında xüsusi çəkiyə malikdir. Dünyada gedən qloballaşma prosesləri Azərbaycandan yan ötməsə də, milli dəyərlərimiz qorunub saxlanılır, müstəqil dövlət olaraq milli mənsubiyyətimizə, mədəniyyətimizə, ana dilimizə, milli musiqimizə və ədəbiyyatımıza xüsusi önəm verilir, orijinal şəkildə dünya ictimaiyyətinə təqdim olunur.
Müstəqillikdən keçən dövr ərzində Azərbaycan dövləti bütün sahələrdə gücünü ortaya qoya bildi. Ölkədə gedən iqtisadi, siyasi islahatlar, aparılan böyük quruculuq işləri nəticəsində bu gün Azərbaycan dünyaya geniş qapılarını açıb. Bu uğurlar dünya məkanında, birmənalı olaraq, qarşılanmır. Dövlətimizə qarşı anti-Azərbaycan siyasəti bir çox hallarda özünü göstərir. Bu, bir sıra qüvvələrin, beynəlxalq təşkilatların dövlətimizə qarşı qısqanclıq hissinin məntiqi olaraq təzahür olunur.
Azərbaycana qarşı təşkilatlanmış, böyük maliyyə imkanlarına malik olan erməni lobbisi və dünya erməniləri tərəfindən ölkəmizə qarşı kampaniya aparılsa da əsassız ittihamlar, əsassız iddialar, düşmənçilik addımları heç bir nəticə vermir. Ermənistanın, erməni lobbisinin riyakar siyasətçilərinin əsassız ittihamları Azərbaycan reallıqları qarşısında qüvvəsinin itirir. Aparılan təbliğat işləri qarşısında Azərbaycanın əsaslı faktları bu addımların qarşısına sədd çəkir.
Bu günlərdə Azərbaycan məkanında uğurla başa çatın \"Eurovision 2012\" Mahnı Müsabiqəsi dövlətimizin daha bir qələbəsini, uğurunu yaşatdı. Azərbaycanın ilbəil artan beynəlxalq nüfuzu, ölkəmizin dünya miqyasında siyasi, iqtisadi və mədəni sahədə mövqeyinin güclənməsi müsabiqənin yüksək səviyyədə təşkilinə və nailiyyətlərə səbəb oldu. Azərbaycan dövlətinin imici daha da yüksəldi. Bir sıra beynəlxalq təşkilatlar və dairələr tərəfindən \"Eurovision-2012\" müsabiqəsinə kölgə salmağa, müəyyən təxribatların törədilməsinə, beynəlxalq ictimaiyyətdə fikir çaşqınlığı yaradılmasına cəhd olunsa da, Azərbaycan müsabiqəni tam uğurla sona çatdırdı. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun \"Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu\" mövzusunda keçirilən konfransda dediyi kimi, bütün əsassız təzyiqlərə baxmayaraq, Azərbaycan \"Eurovision\"un da ən yaxşı nümunəsini ortaya qoyub.
Bəli, bu gün Azərbaycan dünya arenasından tamam fərqli görünür. Dünyanının aparıcı dövlətlərinin rəsmi nümayəndələrinin, eləcə də, müsabiqə təmsilçilərinin ölkəmizlə bağlı söylədiyi fikirlər Azərbaycan həqiqətlərinə, birmənalı olaraq, yetirilən diqqətin təzahürü tək meydana çıxır. Ölkəmizin artan iqtisadi potensialı, milli-mənəvi dəyərlərimiz, qonaqpərvərliyimiz şəhərimizdəki xarici qonaqların diqqətindən kənarda qalmayıb. Bir daha dünyaya bəlli oldu ki, coğrafi baxımdan Şərqlə-Qərbin kəsişməsində, əlverişli mövqedə yerləşən Azərbaycan zəngin mədəniyyətə malik dövlətdir.
Azərbaycanda ilk dəfə olan Fransanın \"Eurovision\" Fanları Assosiasiyasının rəhbər heyətinin üzvü Nicolas Boqdan Benoit ölkəmizlə bağlı təəssüratlarını verdiyi müsahibələrinin birində bölüşüb: \"İnsanlar çox qonaqpərvərdir, buranı çox sevdim. Xüsusilə, hər addımda insanın \"Welcome to Baku\" (Bakıya xoş gəlmisiniz) sözlərini eşitməsi insana xoş təsir bağışlayır\". Əvvəllər Azərbaycan barəsində məlumatının az olduğunu bildirən Nicolas Boqdan Benoit Azərbaycanın Fransadan xeyli uzaqda olduğundan, bu ölkənin belə gözəl olmasının təsəvvürlərinə belə gətirmədiklərini bildirib.
\"Crystall Hall\"a gəlincə isə, o, beynəlxalq məkanın böyük bir brilyanta bənzədiyini söyləyib: \"İşıqlar insanın gözünü qamaşdırır. Çox möhtəşəm arenadır.\"
Nicolas Boqdan Benoit Azərbaycandan böyük təəssüratlarla ayrılıb. Fransada bu ölkəyə qarşı böyük maraq oyadacaqlarına əminliyini ifadə edib: \"Biz bununla bildirmək istəyirik ki, bizim millətin digər nümayəndələri də gəlib Azərbaycanı görsünlər. Düşünürəm ki, müsabiqədən sonra da Azərbaycana çoxlu turistlər gələcək. Mən özüm də bu müsabiqədən sonra Bakıya bir daha qayıtmaq istəyirəm. Bu dəfə Azərbaycanın digər regionlarını gəzmək fikrindəyəm. Gəzib-görməli, gözəl mənzərəli məkanlarınız var.\"
Bütün bu fikilər Azərbaycanın möhtəşəm yarışmanı uğurla sona yetirdiyinə əsaslanır.
Nəzakət ƏLƏDDİNQIZI