Rusiya Federasiyasının Moskva Dövlət Linqvistik Universiteti və Bakı Slavyan Universiteti MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə 5-7 iyun tarixlərdə "MDB ölkələri ədəbiyyatlarının bədii tərcüməsinin aktual problemləri" mövzusunda Beynəlxalq simpozium və eyni zamanda MDB ölkələri bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq elmi məktəbi" fəaliyyətə başlayıb. Simpoziumun işində rus dilindən MDB ölkələrinin dillərinə və əksinə, bədii tərcümə sahəsində fəaliyyət göstərən 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Simpoziumda MDB ölkələrində bədii tərcümə sahəsində vəziyyətin təhlili və müzakirələrin nəticələri nəzərə alınmaqla, tövsiyələrin hazırlanması, Rusiya Federasiyası və MDB dövlətləri aparıcı ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə Beynəlxalq Bədii Tərcümə Mərkəzinin və Ekspert Şurasının yaradılması məsələləri üzrə müzakirələr aparılır.Simpoziumun və bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq məktəbinin açılışı 5 iyun tarixində BSU-nun akt zalında gerçəkləşib. Tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açaraq qonaqları salamlayıb, və xüsusilə, MDLU-nun rektoru professor İrina İvanovna Xaleyevaya BSU-nun xaricdə ilk Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin məhz yaradılmasında köməklik göstərdiyinə görə səmimi təşəkkürünü bildirib:BSU-nu və Moskva Dövlət Linqvistik Universitetini uzunmüddətli dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bizim birlikdə bir çox layihələrimiz, qarşıya qoyduğumuz məqsədlərimiz vardır və bu əməkdaşlığın nəticəsi kimi, bu il MDLU-da Azərbaycan dili üzrə ixtisaslaşmış tərcüməçilərin ilk buraxılışı olacaq". Simpoziumun əhəmiyyətindən danışan professor K.Abdullayev bu tədbirin tərcümə sahəsində fəaliyyət göstərən hər bir kəsə faydalı olacağını da vurğulayıb: Mən inanıram ki, birgə keçirəcəyimiz bu əhəmiyyətli tədbir tərcümə sahəsində çalışanları bir araya gətirəcək, onların yaradıcılığına yeni təkan olacaq". Kamal Abdullayev çıxışının davamında BSU-nun Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində gördüyü əhəmiyyətli işlərdən ətraflı söhbət açaraq, simpozium iştirakçılarını tərcümə olunmuş və tərcüməsi nəzərdə tutulan nəşrlərlə tanış edib. MDLU-nun rektoru, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü professor İ.İ.Xaleyeva postsovet məkanında humanitar əməkdaşlığın inkişafına, eyni zamanda, tərcümə sahəsində göstərdiyi əvəzsiz xidmətlərə görə professor K.Abdullayevə və onun rəhbərlik etdiyi kollektivə dərin təşəkkürünü bildirib.MDB-nin İcra Komitəsinin sədri - MDB-nin icraçı katibi S.N.Lebedevin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun və MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərliyi adından təbrik məktubları səsləndirilib.Millət vəkili Asim Mollazadə simpoziumun, bədii ədəbiyyat tərcüməçilərinin ikinci beynəlxalq məktəbinin fəaliyyətini təqdirəlayiq hesab edərək, vurğulayıb ki, mədəniyyətlərin zənginləşməsi üçün digər mədəniyyətləri öyrənmək lazımdır. Sonra İrkutsk Dövlət Linqvistik Universitetinin rektoru professor Q.D.Voskoboynik, Ryazan Dövlət Universitetinin rektoru professor İ.M.Şeyna çıxış edərək, simpoziumun işinə uğurlar arzulayıblar. Simpoziumun bir iş gününün Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulub. Bakıda keçirilən bu tədbirlər MDB ölkələrində gənc bədii ədəbiyyat tərcüməçilərinin peşə hazırlığı səviyyəsinin artmasına xidmət edəcək. Tərcüməçi hazırlığında vahid yanaşmanın formalaşması proqramı, MDB ölkələri dillər və mədəniyyətlər üzrə baza təşkilatlarının nəzdində MDB Tərcüməçilərinin Ekspert Şurası təsis olunacaq.
ZÜMRÜD