PDF Oxu

Əsas

  • 72

Milli Qurtuluş- Xalqın qurtuluşu

Milli Qurtuluş- Xalqın qurtuluşu

Dünən YAP Biləsuvar rayon təşkilatının gənclər birliyi "Heydər Əliyev Müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda elmi-praktik konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, onlara müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda uğurlar arzuladı. K.Mirzəyev Azərbaycanın dövlət müstəqilliyinin təməlinin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyev zəkasının, müdrikliyinin mühüm rola malik olduğunu diqqətə çatdırdı. Rayon təşkilatının sədri o illərdəki tarixi şəraitə nəzər salıb, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə diqqət çəkdi: "Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti tarixi bir missiyanı - xilaskarlıq missiyasını həyata keçirdi. Onun bu tarixi missiyası Azərbaycanda əmin-əmanlığın, sabitliyin bərpasına gətirib çıxardı. Azərbaycanda mövcud olan hərc-mərcliyi, xaos və anarxiyanı əmin-amanlıq, sabitlik əvəzlədi. Xalqın arzusunu gerçəkləşdirən Heydər Əliyev daha böyük missiyanın gerçəkləşməsinə nail oldu".

K.Mirzəyev onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində xalq əmin-amanlığa qovuşdu, ölkədə sabitlik yarandı, demokratik islahatlar həyata keçirildi, hüquqi və demoktarik bir dövlət yarandı: "Azərbaycan Respublikası beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bu gün Ulu Öndərin siyasi kursunu çox böyük uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının dünya dövlətləri içərisində daha layiqli yer tutması üçün çox böyük xarici siyasət aparır. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası öz iqtisadi inkişafına görə dünyanın lider dövlətinə çevrilmişdir".

YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri K.Qurbanlı çıxışında dahi şəxsiyyiət, Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərinin gənclərə qayğısından söz açdı. O, qeyd etdi ki, Ulu Öndərin həyata keçirdiyi gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: "Azərbaycan xalqı əmindir ki, onun taleyi etibarlı əllərdədir. Hər bir gənc anlayır ki, görülən bu işlərin daha uğurla həyata keçməsi üçün onlar da çox böyük fəaliyyət göstərməlidirlər".

Tədbirdə YAP üzvü olan gənclərdən X.Rüstəmov, F.Hüseynov, A.Bağırov, L.Mənsimli və başqaları çıxış edərək, bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, faktiki olaraq, Azərbaycan dövlətinin müstəqilliyini, xalqın əmin-amanləğını təmin etdi və uğurlu siyasi və iqtisadi islahatların həyata keçməsini reallaşdırdı.


RƏFİQƏ

Digər xəbərlər