PDF Oxu

Əsas

  • 84

Səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər

Səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər

17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə YAP Şəmkir rayon təşkilatı Şəmkir rayon icra hakimiyyəti ilə birgə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyaraq, Onun əziz xatirəsini yad ediblər. Ə.Cavad adına rayon mədəniyyət evində davam edən tədbiri giriş sözü ilə açan Şəmkir rayon mərkəzi xəstəxanasının baş həkimi Nurəddin Əhmədov tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib. N.Əhmədov 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq, Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı: "Əhalinin sağlamlığının qorunub saxlanmasına dövlətimizin son dərəcə qayğı ilə yanaşmasını göstərən ən mühüm amil səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılmasıdır. Əgər 2003-cü ildə səhiyyənin ehtiyaclarına 59 milyon manat vəsait ayrılmışdırsa, 2011-ci ildə bu rəqəm 543 milyon 373 min manat olmuşdur. Bu da son illərdə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir".

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev rayonun səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi və ölkə başçısının səhiyyəyə göstərdiyi diqqət və qayğıdan danışdı:"Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün respublikamızda son illərdə həyata keçirilən mühüm tədbirlər - yeni səhiyyə müəssisələrinin tikintisi, təmiri, inşa olunan səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması tədbirləri cənab Prezidentimizin daxili siyasətinin əsas prioritetlərindən birini təşkil edir".

Bayram mərasimində Şəmkir rayon icra hakimiyyəti başçısı Nazim Veysov bütün səhiyyə kollektivini bayram münasibətilə təbrik edərək, uğurlar, nailiyyətlər arzuladı. N.Veysov respublikada səhiyyəsinin yenidən qurulması, səhiyyə sahəsində həyata keçirilən tədbirlərin sürətləndiyini bildirdi. Qeyd etdi ki, ötən dövr ərzində Şəmkirdə səhiyyəsində həm tibb müəssisələrinin maddi-texniki vəziyyəti, həm də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür.

Tədbirin sonunda rayonun səhiyyə sahəsində fərqlənən bir qrup tibb işçilərinə YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verildi.


R.KAMALQIZI

Digər xəbərlər