PDF Oxu

Əsas

  • 59

Şəhidlər unudulmur

Şəhidlər unudulmur

Xızı rayon icra hakimiyyəti YAP Xızı rayon təşkilatı ilə birgə rayonun Yeni Yaşma kənd sakini olmuş şəhid Abdullayev Vaqif Zakir oğlunun xatirəsi ilə bağlı anım mərasimi keçirib. Yeni Yaşma kənd orta məktəbində keçirilən mərasimdə şəhidin ailə üzvləri, kənd sakinləri, YAP Xızı rayon təşkilatının, rayon gənclər və idman idarəsinin üzvləri iştirak ediblər. Mərasim iştirakçıları düşmənlə mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimini giriş sözü ilə YAP Xızı rayon təşkilatının gənclər birliyinin sədri Jalə Hüseynova açaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda şəhid olanların qəhrəmanlıq tarixinin heç vaxt unudulmadığını bildirib. J.Hüseynova Vaqif Abdullayevin qəhrəmanlıq və şəhidlik zirvəsinə gedən yolu haqqında iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edənlər dövlətimizin dünyada nüfuzunun artmasından, ordumuzun güclənməsindən, böyüməkdə olan vətənpərvər övladların vətən sevgisindən danışıblar. Onlar təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini müsbət qiymətləndiriblər. Sonra bağça uşaqları və məktəblilərin iştirakı ilə bədii kompozisiya göstərilib. Tədbirdən sonra tədbir iştirakçıları şəhidin qəbrini ziyarət ediblər.

Aytən Səmədova

Digər xəbərlər