PDF Oxu

Əsas

  • 66

YAP Səbail rayon təşkilatının idarə heyətinin hesabat iclası keçirilib

YAP Səbail rayon təşkilatının idarə heyətinin hesabat iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. İclasda rayon təşkilatının 2012-ci ilin birinci yarısı üzrə statistik hesabatı və digər məsələlər üzrə müzakirələr aparılıb. YAP Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Zahid Qaralov iclasın gündəliyindəki cari məsələlər haqqında geniş məzmunlu məlumat verib. Z.Qaralov qeyd edib ki, hazırda rayon təşkilatında 23 min 464 nəfər üzv var. Onlardan 15 min 876 nəfərini gənclər, 13 min 220 nəfərini isə qadınlar təşkil edir. Z.Qaralov gənclərlə işin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, bu məsələyə diqqətin artırılmasını da zəruri hesab edib.

Daha sonra vurğulanıb ki, partiya üzvləri 110 ilk ərazi təşkilatında birləşiblər. Həmçinin, bu ilin ötən dövrü ərzində təşkilata yeni üzvlərin qəbul olunması haqda da məlumatlar verilib. İclasda, həmçinin, YAP Səbail rayon təşkilatının uçotunda olan, lakin iş və yaşayış yerlərini dəyişmiş üzvlərinin rayon təşkilatı siyahısından çıxarılaraq, yeni ünvanlara göndərilməsi barədə təkliflərə və müraciətlərə baxılıb. Eyni zamanda, ilk rayon partiya təşkilatların müraciətləri müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilib.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər