PDF Oxu

Əsas

  • 57

Əhalinin sosial vəziyyətinə qayğı ilə yanaşılır

Əhalinin sosial vəziyyətinə qayğı ilə yanaşılır

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər əhalinin sosial təminatının yüksəlməsinə, fiziki şəxslərin əməyinin hüquqi baxımdan müdafiəsində də önəmlidir. Bu baxımdan, Həmkarlar İttifaqları Konfederasiyası əmək adamlarının hüquqlarının müdafiəsi uğrunda gərgin mübarizə apararaq, böyük nailiyyətlər əldə edib. AHİK iqtisadiyyata, əməyə, mədəniyyətə və başqa müvafiq sahələrə dair qanun layihələrinin hazırlanmasında fəal iştirak edir. Bu gün qurum beynəlxalq təcrübədən istifadə edərək, əmək adamlarının hüquqlarının müdafiəsi uğrunda real nəticələrə imza atıb.

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatımızda da böyük inkişaf müşahidə edilir. Bu inkişafın nəticəsi olaraq yeni istehsal müəssisələri yaradılıb və iş yerləri davamlı olaraq açılır. Mövcud halda işçilərin əmək hüquqlarının müdafiəsi daha da aktual xarakter alır. Məlumdur ki, həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərinin müdafiəsində dayanır. Bununla yanaşı, həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud iş yerlərinin saxlanılması və sairə məsələlərdə fəallıq göstərərək, insanların sağlam mühitdə, sosial təminatı ödənilmiş şəkildə yaşamasına diqqət ayrılır. Eyni zamanda, adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əməyin mühafizəsi kimi hallara da nəzarət olunur.

Qeyd etməliyik ki, dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişafını davam etdirir. Azərbaycanda işçilərin sosial-iqtisadi vəziyyəti günü-gündən yüksəlir. Belə ki, hər il əməkhaqları və pensiyalar artırılır. İşçilər üçün layiqli əmək şəraiti yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının sosial vəziyyətinə qayğı ilə yanaşması çox sevindirici haldır. Keçmiş sovetlər birliyi ilə müqayisədə Azərbaycanda əldə olunan nailiyyətlər, uğurlar diqqəti çəkir. Bütün bunlar Azərbaycan Prezidentinin uğurlu siyasətinin, həyata keçirdiyi islahatların, dövlət proqramlarının məntiqi nəticəsidir.

NƏZAKƏT

Digər xəbərlər