PDF Oxu

Əsas

  • 50

Lerik rayonunda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıda gənclərin rolu mövzusunda tədbir keçirilib

Lerik rayonunda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıda gənclərin rolu mövzusunda tədbir keçirilib

Yeni Azəbaycan Partiyasının (YAP) təşkil etdiyi "Yay məktəbi" Lerik və Oğuz rayonlarında öz işini davam etdirir. SİA-nın verdiyi məlumata görə, bu gün Partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov Lerik rayonunda partiyanın fəal gəncləri ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıda gənclərin rolu mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən YAP-ın İcra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştiraka cəlb etməkdir. İcra katibi eyni zamanda Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini də vurğulayıb.

Ə.Əhmədov Azərbaycan dövləti tərəfindən gənclər siyasətinin uğurla həyata keçirdiyini bildirib: "Prezident İlham Əliyev Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması haqda sərəncam imzalayıb. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir".

YAP Sədrinin müavini vurğulayıb ki, eyni zamanda, bu gənclər Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bütövlükdə YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların əməyindən istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur".

Ə.Əhmədov bildirib ki, Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclərdir: "Bunun iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, təbii ki, gənclər Azərbaycanda say etibarı ilə də çoxdur. Yüksək fəallıqları ilə də seçilirlər. Bu mənada Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində gənclər yaxından iştirak edir. Azərbaycan hökuməti də gənclərin bütövlükdə dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayır.

İkinci səbəb, ondan ibarətdir ki, gənclər gələcəyə meyilli olan təbəqədir. Gələcəyi daha çox duyan və yenilikçilik təfəkkürü ilə seçilən gənclər təbii ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdır".

YAP Sədrinin müavini qeyd edib ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq gənclərlə müxtəlif toplantılar keçirir. Gənclərimizin özləri də çox maraqlı layihələr həyata keçirirlər: "2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edirlər və inanıram ki, bundan sonra da edəcəklər. Daha maraqlı layihələri həyata keçirərək bütövlükdə Azərbaycan gəncliyini öz ətrafında toplamaq istiqamətində səylərini artıracaqlar".

Qeyd edək ki, tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadi Rəcəbli və Asəf Hacıyev də iştirak ediblər.

yap.org.az

Digər xəbərlər