PDF Oxu

Əsas

  • 72

Yeni Azərbaycan Partiyası "Yay məktəbi" layihəsini uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası "Yay məktəbi" layihəsini uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi öz növbəti uğurlu layihəsini - "Yay məktəbi" layihəsini reallaşdırmaqdadır. Dünən səfərdən geri dönən "Yay məktəbi" layihəsinin Lerik qrupunun proqramının məsul şəxsi YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov 5 günlük səfər, gənclərə göstərilən diqqətlə bağlı təəssüratlarını öyrəndik. O bildirdi ki, bu layihə gənclərdə maraqlı görüşlər formalaşdırdı. 5 gün ərzində həyata keçirilən layihələrə rəhbərlik edən məsul şəxs kimi demək istərdim ki, qrupda ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 73-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində müxtəlif görüşlər keçirildi, aktual mövzulara aid müzakirələr aparıldı, diskussiyalar təşkil olundu. Qrupun rəhbəri YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev gənclərlə maraqlı tədbirlər keçirirdilər. Bir məqama da toxunmaq istərdim ki, həyata keçirilən layihənin digər layihələrdən fərqi ondan ibarətdir ki, burada fəal gənclərin Azərbaycanın dilbər guşələrində səmərəli istirahət etmələrinə, ekskursiyalarına geniş şərait yaradılır, eləcə də, onlar qədim diyarımızın tarixi, çoxşaxəli folkloru, qədim abidələri, zəngin təbiəti barədə yeni-yeni informasiyalar toplayır, onları öyrənirlər. Layihə boyu fəal gənclər respublikamızın müxtəlif bölgələrinə səfərlər edir, orada yaşayan gənclərlə ünsiyyətlər yaradır, qarşılıqlı əlaqələr qururlar ki, bu da gələcəkdə onların dünyagörüşlərinin artmasına, daha geniş fikir mübadilələri aparmalarına stimul verir. Beləliklə, gənclər bu cür proqramlar çərçivəsində ölkənin aparıcı siyasi partiyasının nümayəndələri ilə yaxından tanış olub, onlara öz fikir və rəylərini çatdırmağa fürsət qazanmış oldular. YAP-ın "Yay məktəbi" kampaniyasının əsas məqsədi də, məhz bütün ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranmasına xidmət göstərməkdir. Gənclər bir daha dərk etdilər ki, onlar daim dövlətin diqqət və qayğısı altındadır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsinin səfərinin Lerikdə təşkil olunması və burada gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bütün lazımi şəraitin təmin olunması hakim partiyanın gənclərə göstərdiyi yüksək diqqətin göstəricisidir. 5 gün ərzində "Yay məktəbi" gənclər üçün bir sıra hadisələrlə yaddaqalan və əlamətdar oldu. Belə ki, görüşün dördüncü günü Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hadi Rəcəbli, YAP Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Lerik rayonunda partiyanın fəal gəncləri ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu mövzusunda dəyirmi masa keçirdilər. Tədbirdə çıxış edən YAP İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğuladı. Belə ki, o, Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirdi. Qeyd edərək söylədi ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması ilə bağlı Sərəncam verib. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. YAP İcra katibi Əli Əhmədov, eyni zamanda, gənclərin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini qeyd edərək, bildirdi ki, bütövlükdə, YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların əməyindən istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur.

Gənclərə yaradılan bu şəraiti diqqətə çəkən S.Hüseynov bu gün ölkəmizdə gənclərin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu da bildirdi: "Açıq şüurlu, inkişafa meyilli gənclər Azərbaycanda dəyişiklikləri həyata keçirməyə qadirdir. Lerik qrupunun üzvləri tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlandı. Bu, əlbəttə ki, Azərbaycan gəncliyinin həmrəyliyidir. Eyni zamanda, gənclərin Azərbaycanın gələcəkdə ictimai-siyasi həyatda yaxından iştirakına təsir göstərəcəkdir".


R.KAMALQIZI

Digər xəbərlər