PDF Oxu

Əsas

  • 56

"Yay Məktəbi" Lerikdə

"Yay Məktəbi" Lerikdə

İkinci həftədir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün "Yay Məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir.

Öz əhəmiyyəti ilə seçilən tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə şəklini alıb. Beləliklə, dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay Məktəbi" layihəsi Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 70-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclərin görüşündə qrupun rəhbəri millət vəkili Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Gənclər Birliyi Təşkilatı ofisinin məsul işçisi Vüsalə Niftəliyeva iştirak edib. V.Niftəliyeva məlumat verib ki, ikinci həftənin ilk günü "Yay Məktəbi" layihəsi çərçivəsində 70 nəfərdən çox iştirakçı gənclər Lerik rayonu ilə tanış oldular. Həmçinin, rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olmuş, "Uzunömürlülər" Muzeyində də olublar. Daha sonra tarix və diyarşünaslıq muzeyi ilə yaxından tanış olan fəal gənclər burada qədim eksponatları izləməklə yanaşı, onların tarixi ilə də yaxından tanış olublar. Burada arxeoloji qazıntılar zamanı tapılan bir çox əşyalar gənclərin diqqətini xüsusilə cəlb edib. Fondun direktoru Cabbar Zülfiyev gənclərimizə tarixi eksponatlar haqqında ətraflı məlumat verib.

Gününün ikinci günü də maraqla olub. Belə ki, "Yay Məktəbi" layihəsi çərçivəsində millət vəkili Sahibə Qafarovanın rəhbərliyi ilə Lerik rayonunda partiyanın fəal gəncləri ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıda gənclərin rolu mövzusunda diskussiya keçirilib. S.Qafarova gənclərin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini qeyd edərək, bildirib ki, bütövlükdə, YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların əməyindən istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur: "Bu gün Azərbaycanın firavan gələcəyinin təmin edilməsində və bu gələcəyin qurulmasında yaxından iştirak edən gəncələrimizdir. Həmçinin, Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində də gənclərimiz yaxından iştirak edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan hökuməti də gənclərin bütövlükdə dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayıb. Xüsusi olaraq, vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanmasına dair Sərəncamı bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir".

Mövzu ətrafındakı diskussiyalarda iştirak edən gənclər öz təklif və fikirlərini iştirakçılarla bölüşdülər. Çıxış edən gənclər də, öz növbələrində, Yeni Azərbaycan Partiyasının bu kimi əhəmiyyətli tədbirlərində iştirak etdiklərinə görə sevinc hisslərini və məmnunluqlarını bildiriblər. Onlar bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edəcəklərini, fəallıq göstərəcəklərini deyiblər.

Sonda interaktiv oyunlar keçirildi.


R.HÜSEYNOVA

Digər xəbərlər