PDF Oxu

Əsas

  • 52

"Yay məktəbi" layihəsi davam edir

"Yay məktəbi" layihəsi davam edir

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 70-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirir, aktual mövzulara aid müzakirələr aparır, diskussiyalar təşkil edirlər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclərin görüşünün üçüncü günü də daha maraqlı olub. Belə ki, "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda keçirilən "Siyasi biliklər və siyasət nəzəriyyəsi" adlı slaydın təqdimatı gənclərin daha çox marağına səbəb olub. Tədbirə rəhbərlik edən millət vəkili Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gənclər Birliyi təşkilatı ofisinin məsul işçisi Vüsalə Niftəliyeva iştirak ediblər. V.Niftəliyeva müzakirə olunan mövzu ilə bağlı çıxış edərək, keçirilən tədbirin, mühüm və aktual mövzunu əhatə etdiyindən, təqdirəlayiq olduğunu vurğulayıb və bildirib ki, bu gün cəmiyyətdə, xüsusilə, gənclər arasında çox önəmli məsələlərdən biri kimi qiymətləndirilir: "Çünki iştirak etdiyimiz "Yay məktəbi" kampaniyasında digər mövzularla yanaşı, bu mövzu ətrafında da fikir mübadilələri aparılıb. Belə ki, cəmiyyətdə normal fəaliyyətləri ilə seçilən bir çox siyasi partiyalar mövcuddur ki, onların dövlətçilik prizmasından olan baxışları biz gənclər üçün də maraq doğurur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" kampaniyası çərçivəsində keçirilən mövzu ətrafında aparılan fikir mübadilələri həm də səmərəvericidir".

Qrupun rəhbəri millət vəkili Sahibə Qafarova sözügedən slaydın təqdimatı ilə bağlı mövzunu və həmin mövzu ətrafında aparılan qarşılıqlı dialoqları, fikir mübadilələrini yüksək qiymətləndirib: "Demək istərdim ki, "Yay məktəbi" kampaniyası çərçivəsində bir çox mövzularda treyninqlər, layihələr keçirilməkdədir. Nəticədə, kampaniyada iştirak edən gənclər dünya baxışlarını artırır, gələcəkdə əldə etdikləri biliklərini cəmiyyət arasında istifadə edirlər. Bu, onların intellektlərinin artmasında da əhəmiyyət kəsb edən faktor kimi dəyərləndirilir. Düşünürəm ki, cəmiyyət YAP-ın bu kimi önəmli fəaliyyətindən örnək götürməlidir. Bu amil isə ölkə əhalisinin, vətəndaşların siyasi nəzəriyyə bilgilərinin artmasına kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda, gənclərin belə layihələrdən faydalanmaları onların gələcək həyatlarında önəm daşıya bilər".

Mövzu ətrafındakı diskussiyalarda Nigar Aslanova, Amil Cavadov, Nihad Allahyarlı, Qönçə Əsgərova, Rəşad Abbaszadə və başqaları fəal iştirak edərək, öz təklif və fikirlərini bildiriblər.

İştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq, YAP-ın Lerik rayonundakı "Yay məktəbi"nin iştirakçıları "Kim? Harada? Nə vaxt?" intellektual yarış keçirib. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Sonda qrupun rəhbəri millət vəkili Sahibə Qafarova çıxış edərək, "Yay məktəbi" layihəsinin gənclərin siyasi aktivliyinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi proseslərdə fəal təmsil olunmasına geniş imkan yaradır. YAP-ın həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində milli maraqlarımızı prinsipiallıqla müdafiə edən, dövlətçiliyimizə sadiq intellektual gənclər yetişir".


R.HÜSEYNOVA

Digər xəbərlər