PDF Oxu

Əsas

  • 57

Dağıdıcı müxalifət - xəyanətkarığın bariz nümunəsi

Dağıdıcı müxalifət - xəyanətkarığın bariz nümunəsi

Dağıdıcı müxalifətin Azərbaycan xalqına və dövlətçiliyinə qarşı apardığı qərəzli siyasət nəticəsində bir daha məlum olur ki, düşərgə təmsilçilərinin əsas məqsədləri demokratik dəyərlərə, milli-mənəviyyata xidmət etmək deyil, əksinə, həmin dəyərlərdən sui-istifadə etməklə öz dividentlərini artırmaqdan ibarətdir. Belə ki, ölkəmizdə yaranmış təməlli daxili sabitliyi, bərqərar olmuş rifahı sarsıtmaq məqsədi ilə sözügedən siyasətbazlar xarici qüvvələrlə iş birliklərinə gedərək, anti Azərbaycan fəaliyyətlərini davam etdiriblər. Təəssüflər olsun ki, xalqın, cəmiyyətin bu kimi davranışlara qarşı ittihamlarını qulaqları ardına vuran dağıdıcı müxalifət "liderləri" hər dəfə öz çirkin əməllərini reallaşdırmağa cəhdlər göstəriblər. Bunu Azərbaycanda keçirilmiş "Eurovision" müsabiqəsi öncəsi və müsabiqənin getdiyi dövrlərdə də görmək mümkün idi. Məhz dağıdıcı müxalifətin pozucu yol tutmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, radikal müxalifət öz qaranlıq əməllərinə sadiq qalaraq, xainlərə xas hərəkətlər edir: "Ölkə Prezidenti İlham Əliyev çıxışında radikal müxalifətin qiymətini tamamilə düzgün verdi. Çünki bu ünsürlərin etdikləri hərəkətlər Azərbaycana ləkə yaxmağa, zərbə vurmağa yönəlmişdi. Onlar dünyanın ayrı-ayrı ölkələrindən gələn KİV nümayəndələrinə və erməni lobbisi ilə əlbir olan xarici parlamentarilərə yanlış informasiyalar, böhtanlar çatdırırdılar ki, Azərbaycanın nüfuzuna xələl gəlsin. Belə hərəkətləri isə xainlər, milli satqınlar edə bilər".

YAP İcra katibinin müavini onu da qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən tapdağı altında qalmış torpaqlarımızın əsas baiskarları məhz bu gün hakimiyyətə can atan dağıdıcı müxalifət liderləridir: "Hər şey Azərbaycan xalqının gözü qarşısında baş verib. 1990-cı ildə 20 Yanvar hadisələri ilə bağlı Ümummilli Lider Heydər Əliyev indiki Prezidentimiz İlham Əliyevlə bir yerdə Moskvada Azərbaycan nümayəndəliyinə gedib bu hadisəyə etiraz səsini ucaldanda İsa Qəmbər Yusif Səmədoğlunun evində konyak içirdi, Əli Kərimli isə qaçıb tələbə yataqxanasında gizlənmişdi. Onlar belə qorxaq, satqın insanlardı. Yaxud İsa Qəmbər Kəlbəcərdə icra başçısının toyunu etdi, ardınca Azərbaycanın ən strateji nöqtələrindən olan bu ərazi ermənilərə təhvil verildi. O cümlədən, Füzuliyə gedib-gələndən sonra bu rayonun böyük hissəsi işğal olundu. Elə İskəndər Həmidov özü deyirdi ki, Əli Kərimli fəraridir. İndi bu cür adamlar gəlib hansısa batalyonların ləğv olunması, ərazilərimizin işğal edilməsindən danışması gülüş doğurur. Çünki həmin vaxt o batalyonlar konkret şəxslərə tabe idi və müxtəlif məsələlərlə məşğul olurdular. Surət Hüseynovun qorxusundan Əli Kərimli qaçıb iki il Kələki kəndində yaşadı. 1993-cü ildə onlar öz hərbi dəstələrini geri çəkdilər ki, yenə hakimiyyət dəyişsin. Çünki özləri bu yolla hakimiyyətə gəlmişdilər. O zaman müxtəlif təxribatlarla yenidən bu proqramı tərtib etmək istədilər, amma baş tutmadı. Yəni bu cür adamların indi xalqın adından danışması, guya sosial dayaqlarının olduğunu iddia etmələri yalnız gülüş doğurur".

Bu kimi açıqlamalardan bir daha bəlli olur ki, özlərini müxalifətçi adlandıran dağıdıcı ünsürlər qarşıdan gələn prezident seçkiləri ərəfəsində hakimiyyət hərisliklərini ən ləyaqətsiz formada nümayiş etdirirlər. Ancaq onların göstərdikləri cəhdlər hər zaman olduğu kimi bu dəfə də sıfır həddindən o tərəfə keçməyəcək. Bu məğlubiyyət onlar üçün həm onların sonu, həm də sonuncusu olacaq.


Rövşən RƏSULOV

Digər xəbərlər