Dünən Səbail rayon icra hakimiyyətində ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.
İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclası barədə ətraflı məlumat verdi: "Ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 faiz, qeyri-neft sektoru 11,3 faiz artmış, inflyasiya cəmi 2,2 faiz, əhalinin pul gəlirləri təxminən 14,2 faiz olmuşdur. Kənd təsərrüfatı 10,4 faiz, qeyri-neft sənayesi isə 8,3 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları artaraq, 44 milyard dollar təşkil edir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir".
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirdi ki, 2012-ci ilin altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 12709,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir: "Nəqliyyat müəssisələri tərəfindən 310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 17,2 faiz çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1420,0 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artmışdır".
A.Əsgərov onu da vurğuladı ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası Səbail rayonunda da uğurla həyata keçirilir: "Bu Proqrama uyğun olaraq Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanmış, artıq burada xeyli iş görülmüşdür. Məktəb və uşaq bağçasının açılışı cari ilin sentyabr ayında olacaqdır. Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı "İntellekt" liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı 6 ay ərzində rayonda 28000 kv.m. respublika, 49500 kv.m. yerli əhəmiyyətli yollara asfalt çəkilmişdir".
Həmçinin, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri barədə də məlumat verildi, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.
RƏFİQƏ KAMALQIZI