PDF Oxu

Əsas

  • 57

"Heydər Əliyev və Azərbaycan gəncliyi"

"Heydər Əliyev və Azərbaycan gəncliyi"

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı qərargahında xalqımızın xilaskar oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə - 1969-cu ilin iyulun 14-ə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirdi ki, Heydər Əliyev siyasi hakimiyyətə ilk gəlişi ilə müasir Azərbaycan dövlətinin formalaşmasının başlanğıcını qoyaraq, gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətinin ilk dövründə yarada bildi. O, qeyd etdi ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyuldu. Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində Ulu Öndərin xidmətləri əvəzsizdir.

V.İsmayılov onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə təməlini qoyduğu siyasi yolun məntiqi davamıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı. Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan Ulu Öndər Azərbaycan dövlətinin yüksəlməsinə töhfəsini verdi.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin diaspora quruculuğu sahsində gördüyü işləri diqqətə çəkdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sərəncamı əsasında yaradılan Diasporla İş üzrə Dövlət Komitəsi 10 illik tarixi dövrdə böyük uğurlara imza atıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də, Prezident İlham Əliyevin yüksək diqqəti sayəsində Azərbaycan diasporu təşkilatlanaraq Azərbaycanın milli maraqlarını əzmlə qoruyan qüvvəyə çevrilib.

Tədbirdə YAP Respublika Gənclər Birliyinin şura üzvü Qabil Qafarov çıxış edərək, bildirdi ki, Dahi Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində gənclərin himayədarı olub. Gənclərin sağlam düşüncəsinin formalaşmasında, təhsilli kadrların yetişməsində ciddi işlər görmüş, Azərbaycanın uğurlu gələcəyinin təməlini qoymuşdur. Ulu Öndər Heydər Əliyevin ölkəmizin mədəni, sosial, iqtisadi inkişafı ilə yanaşı, milli münasibətlərin dostluq, qardaşlıq prinsipləri əsasında davam etdirilməsinə də nail oldu.

Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi zamandan Onun böyük iradəsi sayəsində Azərbaycan xalqı ən yüksək zirvələri belə fəth etməyə qadir oldu. Heydər Əliyev və Azərbaycan adı bir-birinə sıx bağlıdır. Ümummilli Liderimiz Azərbaycanı, Azərbaycan xalqını dünyaya tanıtdı. Ulu Öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan YAP güclü siyasi təşkilat olaraq Azərbaycan xalqının istək və arzularının yeganə təminatçısıdır. Bu gün Azərbaycanda söz, nüfuz sahibi olan partiya iqtidar partiyasıdır və bu partiyaya üzv olan gənclərin sayı həddən artıq çoxdur və YAP ölkənin ən aparıcı partiyasıdır.

Sonra tədbir diskussiya şəklində davam etdirildi.

Sonda tədbir iştirakçıları "Heydər Əliyev və Azərbaycan gəncliyi" filminə baxdılar. Axşam saatlarında isə rayonun R.Aboyev adına mədəniyyət və istirahət parkında rayonun mədəniyyət kollektivlərinin iştirakı ilə bayram konserti keçirildi.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər