PDF Oxu

Əsas

  • 60

"Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü günü də uğurlu oldu

"Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü günü də uğurlu oldu

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbi" layihəsi Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 70-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirir, aktual mövzulara aid müzakirələr aparır, diskussiyalar təşkil edirlər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclərin görüşünün üçüncü günü də daha maraqlı olub.

Belə ki, ilk öncə, "Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirilib. Müzakirə formatında davam edən treninqdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə mətbuatın inkişafında Prezident İlham Əliyevin xidmətlərindən danışıb millət vəkili internetdən, yeni texnologiyalardan yararlanmanın, elektron qəzetlərin meydana gəlməsinin mühüm dəyişikliklər olduğunu nəzərə çatdırıb: "Ölkəmizdə mövcud olan söz, fikir və özünüifadə azadlığı müstəqil medianın başlıca göstəricisi kimi dəyərləndirilməlidir. Siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusu isə bu gün cəmiyyətdə, xüsusilə, gənclər arasında çox önəmli məsələlərdən biri kimi qiymətləndirilir. Çünki iştirak etdiyimiz "Yay məktəbləri" kampaniyasında digər mövzularla yanaşı, bu mövzu ətrafında da fikir mübadilələri aparılıb. Belə ki, cəmiyyətdə normal fəaliyyətləri ilə seçilən bir çox siyasi partiyalar mövcuddur ki, onların dövlətçilik prizmasından olan baxışları biz gənclər üçün də maraq doğurur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbləri" kampaniyası çərçivəsində mətbuatda çalışan KİV nümayəndələri də iştirak edirlər. Təbii ki, fürsətdən istifadə edərək, onlar mətbuat nümayəndəsi olaraq, YAP-ın qarşıda görəcəyi işlərlə yaxından maraqlanır, onlara lazım olan informasiyaları toplayaraq, ictimaiyyətə təqdim edirlər. Bu baxımdan, keçirilən mövzu ətrafında aparılan fikir mübadilələri həm də səmərəvericidir".

Qrupun rəhbəri onu da bildirib ki, ictimai-siyasi prosesləri işıqlandıran jurnalist, ilk növbədə, milli maraqları əsas götürməli və dövlətçiliyə əsaslanan fəaliyyət mexanizmi seçməlidir: "Media XXI əsrdə ən güclü təsir və tənzimetmə mexanizmi olmaqla yanaşı, həm də avanqard ideoloji vasitədir".

Daha sonra gənc fəallar media təsisatının fəaliyyət mexanizminin əsasları və milli mətbuatımızın inkişafı barədə müzakirələr aparıblar. Gənc fəallar kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin əsaslarından, medianın cəmiyyət həyatına mümkün təsirlərindən, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması işində mətbuatın pozitiv və neqativ təsirlərindən bəhs ediblər.

İştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq gənclərin iştirakı ilə diskussiya təşkil edilib, müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb. Çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi "Yay məktəbi" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər