PDF Oxu

Əsas

  • 71

YAP-ın möhtəşəm layihəsi davam edir

YAP-ın möhtəşəm layihəsi davam edir

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsinin Lerik rayonunda növbəti günü də maraqlı olub. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Liderliyə gedən yol" gənc siyasətçilər üçün Lerik "Yay məktəbi"nin dördüncü günündə YAP Yasamal rayon gənclər birliyi şura üzvü Daşqın Qənbərovun təqdimatında "Siyasət haqqında nəzəri biliklər, siyasətin tərkib hissələri" mövzusunda interaktiv tədbir keçirilib. Məlumata görə, gənclərin fəal iştirakı ilə baş tutan tədbirdə moderator siyasət haqqında ümumi məlumat verib, nəzəri biliklərin mənimsənilməsinə, siyasətin tərkib hissələrinin aydınlaşdırılmasına çalışıb. Bildirib ki, "Yay məktəbi" kampaniyası çərçivəsində bir çox mövzularda treniqlər, layihələr keçirilməkdədir. Nəticədə, kampaniyada iştirak edən gənclər dünya görüşlərini artırır, əldə etdikləri bilikləri gələcəkdə cəmiyyətdə, insanlar arasında istifadə edirlər. Ona görə də, cəmiyyət YAP-ın bu kimi önəmli fəaliyyətindən örnək götürməlidir. Bu amil isə ölkə əhalisinin, vətəndaşların siyasi biliklərinin artmasına kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda, gənclərin belə layihələrdən faydalanmaları onların gələcək həyatlarında önəm daşıya bilər.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə bildirib ki, siyasət geniş məfhum olmaqla bərabər, eyni zamanda, dar mənada da başa düşülür. Siyasət, əslində, düzgün, təmiz olmalıdır. Milli Məclisin deputatı YAP fəalları ilə daxili və xarici siyasət, onun şərtləri barədə söhbət aparıb, dövlət strategiyasından danışıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Millət vəkili Aydın Mirzəzadə gənclərin buna dair fikirlərini dinləyib.

Səmimi şəraitdə keçən bu görüş gənclərin böyük marağına səbəb olub. Layihə çərçivəsində gənclər arasında 4 qrup formalaşdırılaraq, "Dağlıq Qarabağ münaqişəsinin həlli: sülh, yoxsa müharibə?" mövzusunda yarışma təşkil olunub. Qrup yarışması gənclərin aktiv iştirakı ilə keçirilib. Müzakirə formatında keçən yarışma geniş fikir mübadiləsinə səbəb olub. Bu da gənclər tərəfindən maraqla qarşılanıb.

"Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda keçirilən tədbir davam edir.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər