PDF Oxu

Əsas

  • 54

YAP Nizami rayon təşkilatının idarə heyətinin iclası keçirilib

YAP Nizami rayon təşkilatının idarə heyətinin iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının idarə heyətinin iclası keçirilib. Partiyanın Nizami rayon təşkilatının sədri, Millət vəkili Sədaqət Vəliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək, gündəlikdə duran məsələlər barədə məlumat verdi.Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan rayon təşkilatının sədri S.Vəliyeva onu da vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.YAP-ın nailiyyətlərindən danışan S.Vəliyeva ötən ilin ölkəmizin və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qaldığını söyləyib. Həmçinin, vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar regionların sosial - iqtisadi cəhətdən dinamik inkişafına, işsizliyin minimum həddə endirilməsinə, əhalinin rifahının yüksəlməsinə, Azərbaycanın regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bütövükdə, ötən il Azərbaycan üçün sosial - iqtisadi göstəricilər baxımından uğurlu il kimi tariximizə daxil olub.Müzakirələrdə Yeni Azərbaycan Partiyasının son illərdə beynəlxalq aləmdə nüfuzunun artdığını, eləcə də, öz sıralarını sürətlə genişləndirdiyi vurğulanılıb.Digər çıxışlarda da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafından danışılıbdır.Sonra gündəlikdə duran məsələlərə baxılıb. İclasda partiyaya üzvlüklə bağlı məsələlər və ilk partiya təşkilatlarının qərarları təsdiq olunub.Sonda cari məsələlər müzakirə edilib.

Rəfiqə

Digər xəbərlər