PDF Oxu

Əsas

  • 44

YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin geniş iclası keçirilib

YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin geniş iclası keçirilib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər. YAP Gədəbəy rayon təşkilatı aparatının rəhbəri Natiq Rüstəmov gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib, partiyanın rayon təşkilatının, qadınlar şurasının və gənclər birliyinin rayon təşkilatlarının cari ilin birinci yarasının altı ayı ilə bağlı statistik hesabatları dinlənilib. N.Rüstəmov ərazi ilk partiya təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi barədə məlumat verərək, bildirib ki, rayon təşkilatı bu məsələnin həllində heç bir problemlə üzləşməyib.

YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatındakı rolundan danışmışdır. Çıxışında bildirib ki, Bakıda keçirilən "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkənin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsi olduğunu vurğulamışdır.

R.Muradov onu da bildirib ki, YAP Gədəbəy rayon təşkilatının hazırda 74 ərazi ilk təşkilatında 5400-ə yaxın partiya üzvü qeydiyyatda dayanır. Bunlardan 1779 nəfəri qadın, 815 nəfəri isə gənclərdir. R.Muradov onu da vurğulayıb ki, hesabat dövründə rayon təşkilatının sıraları daha da genişlənib, YAP sıralarına gəncələrin qəbulu daha da artıb. Yeni üzvlərin partiya sıralarına qəbulu zamanı keyfiyyətə xüsusi diqqət yetirildiyini deyən R.Muradov qeyd edib ki, yeni partiyaya qəbul olunanların ictimai fəallığı, siyasi proseslərdə iştirakı, əqidə saflığı əsas meyar kimi götürülür. Rayon təşkilatının sədri, onu da vurğulayıb ki, partiya fəalları ölkənin ictimai-siyasi proseslərində fəallıq nümayiş etdiriblər. Elə bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası bütün işlərdə aktivliyi və fəallığı ilə seçilir.

Tədbirdə, eyni zanmanda, nöqsanlara yol vermiş ilk ərazi təşkilatların bundan nəticə çıxararaq, neqativ halları aradan qaldırılmasına çalışacağı vurğulanıb. R.Məmmədov gənclərlə işin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, bu məsələyə diqqətin artırılmasını da zəruri hesab edib. Həmçinin, bu ilin ötən dövrü ərzində təşkilata yeni üzvlərin qəbul olunması haqda da məlumatlar verilib. İclasda, həmçinin, YAP Gədəbəy rayon təşkilatının uçotunda olan, lakin iş və yaşayış yerlərini dəyişmiş üzvlərinin rayon təşkilatı siyahısından çıxarılaraq, yeni ünvanlara göndərilməsi barədə təkliflərə və müraciətlərə baxılıb.

Sonda cari məsələlər müzakirə edilib.


Aytən Səmədova

Digər xəbərlər