PDF Oxu

Əsas

  • 44

Ermənistanda söz və ifadə azadlıqlarının pozulması intensiv xarakter daşıyır

Ermənistanda söz və ifadə azadlıqlarının pozulması intensiv xarakter daşıyır

Ermənistanın Söz və İfadə Azadlığı Komitəsi apardığı araşdırmalardan sonra belə qənaətə gəlib ki, təkcə 2012-ci ilin ikinci rübündə ölkədə jurnalistlərə və KİV nümayəndələrinə qarşı 30-dan çox hüquq pozuntusu qeydə alınıb: "Son zamanlarda isə bu kimi hadisələrin baş verməsi intensiv xarakter daşıyır. Siyasi və dövlət dairələrində, seçkilərdə jurnalistlərə olan təzyiqlərdə artım müşahidə edilməkdədir".

Erməni xəbər portalının yazdığına görə, 6 mayda keçirilmiş parlament seçkilərinə onlarla bu kimi olaylar baş verib ki, həmin olaylar çərçivəsində KİV nümayəndələri fiziki təzyiqlərlə üzləşiblər: "Onlardan 3-ü jurnalistlərin döyülməsi, 4-ü isə informasiya almaq hüququnun zorakılıqla pozulması olub".

Daha sonra qeyd edilib ki, jurnalistlərin söz və ifadə azadlıqlarının pozulması, döyülmə və zorakılıq kimi hallar daha çox 2008-ci il seçkilərindən sonra artmağa başlayıb: "Qəddar vəziyyət kimi müşahidə olunan pozuntuların qarşısı hələ də alınmır".

Ermənistanın Söz və İfadə Azadlığı Komitəsinin sədri Aşot Məlikyan bu barədə danışarkən bildirib ki, onların müdaxilələrinə rğmən, dövlət rəsmiləri heç bir tədbirlər görmürlər. Bu isə Ermənistanda demokratik dəyərlərin olmaması anlamını daşıyır: " Komitə son günlər daha 33 belə fakt qeydə alıb. Onlardan 3-ü döyülmə, 10-u fiziki təzyiq, 10-u isə informasiya almaq hüququnun pozulmasıdır".

A.Məlikyan məhkəmələr tərəfindən də KİV nümayəndələrinə qarşı düzgün qərarların verilmədiyini diqqətə çatdırıb.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər