PDF Oxu

Əsas

  • 45

Yeni Azərbaycan Partiyasının "Liderliyə gedən yol" "Yay məktəbi" layihəsi davam edir

Yeni Azərbaycan Partiyasının "Liderliyə gedən yol" "Yay məktəbi" layihəsi davam edir

Dünən Yeni Azərbaycan Partiyasının "Yay məktəbi" layihəsi Lerik rayonunda gənc siyasətçilər üçün "Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirildi. Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və YAP Mərkəzi Qərargahının şöbə müdiri Emil Abbasovun iştirakı ilə maraqlı müzakirələr baş tutdu.

Treninqdə qrupun rəhbəri Vüqar Rəhimzadə sözügedən mövzunu, həmin mövzu ətrafında aparılan qarşılıqlı dialoqları, fikir mübadilələrini yüksək qiymətləndirdi və siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusunun olduqca maraqlı və geniş olduğunu vurğuladı: "Yay məktəbi" kampaniyası çərçivəsində bir çox mövzularda treniqlər, layihələr keçirilir ki, bu da gənclərin dünya baxışlarını artırır, gələcəkdə əldə etdikləri biliklərini cəmiyyət arasında istifadə edirlər. Müzakirə olunan mövzu da olduqca maraqlı və genişdir".

Qrupun rəhbəri onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası hər zaman KİV-lərlə əlaqəsini ən yüksək demokratik dəyərlərlə inkişaf etdirib: "Ona gərə də digər partiyalar, düşünürəm ki, YAP-ın bu kimi önəmli fəaliyyətindən örnək götürməlidirlər. Bu amil isə ölkə əhalisinin, cəmiyyətin informasiya almalarında, digər partiyaların funksiyalarının nədən ibarət olmasında, baş verən yeniliklərdə xüsusiyyət təşkil edir".

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə partiya anlayışı, siyasi partiyalar, onların strukturu, fəaliyyət istiqamətləri, cəmiyyətdə rolu, KİV-lə əməkdaşlığı, KİV-lərin fəaliyyəti və s. ilə bağlı ətraflı məlumat verdi. Qeyd olundu ki, partiya latın sözü olub, "part"-hissə deməkdir. Siyasi partiya isə öz nizamnaməsi olan, hakimiyyəti uğrunda mübarizə aparan, müəyyən kütləni ətrafına toplamağı bacaran, eyni məqsədə, ideologiyaya xidmət edən insanların birləşdiyi təşkilatdır.

A.Mirzəzadə kütləvi informasiya vasitələrin təsnifatı, fəaliyyəti, vəzifələri, onların ictimai fikirə təsir imkanları, siyasi partiyaların KİV-lə əməkdaşlığı məsələlərinə də xüsusi olaraq diqqət yetirdi. Tədbirdə çıxış edən gənc Xəyyam Zülfüqarlı, Pərviz Eyvazlı, Elxan Şiriyev, İlahə Sadıqova, Sevda Poladova, Çinarə Əliyeva və başqaları mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Sonra "Wrap-2 fəxr+1 təəssüf" oyunu keçirildi. Nahardan sonra isə gənclər arasında bir sıra intellektual oyunlar və idman yarışları baş tutdu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər