Bakı Tennis Akademiyasında "Baku Cup-2012" beynəlxalq turniri davam edir.AzərTAc xəbər verir ki, mərkəzi kortda yarımfinal mərhələsi çərçivəsində Serbiya tennisçisi Boyana Yovanovski rusiyalı Aleksandra Panova ilə qarşılaşmışdır.
Hazırda dünya reytinqində 95-ci pillədə yer alan 20 yaşlı gənc serbiyalı tennisçi ilk seti 6:2 hesabı ilə öz xeyrinə başa vurmuşdur. İkinci setdə də eyni hesabla qalib gələn B.Yovanovski görüşü öz xeyrinə bitirmişdir - 2:0. Bu qələbə ilə Serbiya tennisçisi "Baku Cup-2012" beynəlxalq turnirinin final mərhələsinə yüksəlmişdir.
Serbiyalı tennisçinin həlledici görüşdəki rəqibi Culiya Kohen (ABŞ) və Olqa Puçkova (Rusiya) oyununun qalibi olacaqdır.