PDF Oxu

Əsas

  • 62

AZƏRBAYCANIN ZƏFƏR ANI, OLİMPİYAÇILARIMIZIN TÜKƏNMƏZ QƏLƏBƏ ƏZMİ

ƏLDƏ EDİLƏN HƏR BİR MEDAL DAĞIDICI MÜXALİFƏT "LİDERLƏRİNƏ" NOKAUT ZƏRBƏSİ OLDU

AZƏRBAYCANIN ZƏFƏR ANI, OLİMPİYAÇILARIMIZIN TÜKƏNMƏZ QƏLƏBƏ ƏZMİ

Hələ XXX London Olimpiya oyunları start götürməmiş, Azərbaycan xalqında qələbə əzmi, ruh yüksəkliyi yaranmışdı. Dövlətinə, millətinə, xalqına sadiq olan hər bir Azərbaycan vətəndaşı bilirdi ki, budəfəki Olimpiya oyunları idmançılarımız üçün daha çətin mübarizə meydanı olacaq. Ancaq idmançılarımız növbəti dəfə buradan alnıaçıq-üzüağ çıxacaqlar. Amma bütün bunlara baxmayaraq, həmin yarışlarda 205 dövlətin çoxsaylı idmançıları müxtəlif idman növləri üzrə medallar qazanmaq uğurunda amansız mübarizələrə start verəcəkdilər. Hər bir olimpiyaçı bu kimi mötəbər idman yarışlarında öz dövlət maraqlarını məharətləri ilə, mübarizələri ilə yüksəklərə qaldıracaqdılar. Bəli, bu, bir idman yarışı olmaqla bərabər, həm də ciddi mübarizə meydanı idi. Əbəs yerə deyil ki, hansı qalib yerini tutmalarından asılı olmayaraq, dünyanın 204 dövlətindən olan olimpiyaçıları pyedestala çıxmamışdan öncə, dövlət bayraqlarını başları üzərində dalğalandıraraq, onunla qürur duyurdular. Və bu kimi amillər istər-istəməz həm idman, həm də bütövlükdə dünya ictimaiyyətini riqqətə gətirirdi. Bu, özəlliyi ilə seçilən, məhtəşəm, bəzən qalmaqallı, bəzən rəngarəng hadisələri ilə seçilən, bəzən də sədləri aşan XXX London yay Olimpiya oyunları idi...

MARAQLI DAİRƏLƏR NƏYƏ NAİL OLMAĞA CƏHD GÖSTƏRDİLƏR?

Ancaq qeyd edilən həqiqətlərlə yanaşı, ortada təəssüfedici məqamlar da dayanırdı ki, həmin məqamların arxasından növbəti dəfə Azərbaycanı sevməyən qüvvələrin qaranlıq kölgələri görünürdü. Sözsüz ki, belə bəd əməllərin icraçıları da bəlli idi. Onlar daim dövlətçilik maraqlarımıza zərbə vumağa səy göstərən, həmin zərbələr vasitəsilə hakimiyyətə dağıdıcılıq yolu ilə gəlmək hərisliklərini gizlətməyən, hətta şeytanla belə əməkdaşlığa hazır olduqlarını açıq-aşkar bəyan edən "ənənəvi müxalifət" "liderləri" idi.

Gəlin XXX London Yay Olimpiya oyunlarının başladığı ərəfələrdə dağıdıcı müxalifətə məxsus mətbuat səhifələrində gedən yazılara bir daha nəzər salaq. Belə ki, "Azadlıq" qəzeti hansısa nüfuzu olmayan Britaniya media qurumunun Azərbaycan milli olimpiyaçılarının formalarına istehzalarını reklam etdi. Hətta üzərində Azərbaycanın gerbi və bayrağı əks olunan atributlara belə əhəmiyyət verməyən "Azadlıq" qəzeti və bu qəzetin üzdəniraq sahibi sanki bu davranışları ilə Ermənistan olimpiyaçılarına azarkeşlik etmələrini təsdiqləmiş oldu. Çünki "Azadlıq" qəzetində sözügedən istehza dolu məqalələrin dərhal Ermənistan mediasında işıqlandırılması yuxarıda vurğulanan fikirləri özündə kifayət qədər əks etdirib. AXCP (i) sədri Əli Kərimovun fürsətdən istifadə edərək geninə-boluna şərəfli Olimpiya hərəkatımıza qarşı çıxışlar etməsi, onun ermənipərəst dairələrdən nə qədər qrantlar, valyutalar almasını təsdiqləyən amil kimi anlaşıldı.

AZƏRBAYCANLI QANI DEYİL, DAŞNAK QANI DAŞIYAN XAİNLƏR TOPLUMU

"Yeni Müsavat" qəzeti də "Azadlıq"dan heç də geri qalmayaraq, Olimpiya hərəkatımıza qarşı olmazın həqarətlər yağdırır, idmançılarımızın, Milli Olimpiya Komitəmizin, eləcə də, idman federasiyalarımızın haqqında heç bir həqiqətə sığmayan, yalanlar, böhtanlar və dezinformasiyalar yayırdı. Hətta Müsavat başqanı İsa Qəmbərov daha da irəliyə gedərək, Azrbaycanın ümumiyyətlə medal qazanmayacağını iddia edirdi. Həm "cəbhə" sədri, həm də Müsavat başqanı öz qaranlıq əməllərini başqa tərzlərdə də sərgiləyiblər. Məsələn, onların özlərinə yaxın mətbuat səhifələrində, eyni zamanda, şəxsi bloqlarında, həmçinin, sosial şəbəkələrdə qazanılan uğurlara çamır atmaqdan ötrü əldə olunmuş medalların idmançılara deyil, dövlət rəhbərliyinə məxsusluğu barədə alçaqcasına bəyanatlar səsləndirilirdi.

Qeyd edək ki, dağıdıcı müxalifət "liderlərinin" şərəfsizlik əməlləri indi də davam etməkdədir. "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində qrant paylarından "faydalanan" və bunun müqabilində tulalıq edən müxalifət yazarları Azərbaycan olimpiyaçılarının əldə etdiyi nailiyyətlərini sevinclə qarşılayan xalqa belə həqarət etməkdən çəkinmirlər. Belə ki, "Yeni Müsavat"ın rəzli yazarı Zamin Hacı təlxək başqanından aldığı tapşırığa əsasən, Azərbaycan idmançılarının bir saat ərzində əldə etdikləri iki qızıl medalın qazanılmasına, xalqımızın küçələrə axışaraq, sevic hisslərini bölüşməsinə təhqirlə yanaşıb. "Camaatımız xeyli sevindi, küçə və meydanlarımız dombalaq aşan insanlarla dolub-daşdı" deyə yazan rəzil, ləyaqətsiz və şərəfsiz Zamin bir daha sübut etdi ki, onun pərəstiş etdiyi başqanı İ.Qəmbərov özü ilə bərabər, həqiqətən də, qanlarında azərbaycanlı deyil, daşnak qanı daşıyırlar. Ona görə də Azərbaycan xalqının haqlı sevincini təhqir edir, ələ salır. Və bunu başqa cür dəyərləndirmək mümkün deyil.

Bütün bunların nəticələri isə bəllidir. Bəllidir ki, Azərbaycana qarşı çıxan maraqlı qüvvələr növbəti dəfə öz canfəşanlıqları sayəsində ölkəmizin, dövlətimizin, xalqımızın milli ruhuna xələl gətirmək, bununla da, öz maraqlarını təmin etməkdir. Əlbəttə ki, burada onlara ən böyük dəstəyi dağıdıcı müxalifətin "liderləri" göstərməyə cəhd etsələr də, heç nə əldə edilmədi. Daha dəqiq desək, it hürüdü, karvan keçdi.

ON QÜRURLU MEDAL, ON ŞİDDƏTLİ SİLLƏ!

Və uğurlu yekun! Azərbaycan Olimpiyaçıları ölkəmizin olimpiya hərəkatında növbəti rekordunu qırdı. Artıq yeni ənənə, yeni qələbələr üçün bizim idmançılarımız daha bir uğura imza atdılar. Geridə qalan hər olimpiada oyunlarında iki medal artıran olimpiyaçılarımız bu dəfə həmin medalların sayını üçə çıxardılar. Daha dəqiq desək, Pekin Olimpiya oyunlarında yeddi medal əldə edən idmançılarımız artıq on medal qazanmaqla yeni ənənəyə start vermiş oldular. Bu gün Azərbaycan xalqı ümid edir və inanır ki, Braziliyada, 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançıları həmin ənənəni bir daha yeniləşdirəcəklər və daha bir uğura qürur imzası atacaqlar.

Lakin bur məsələyə də qayıtmaq mümkündür. Həmin məsələnin məğzi isə belədir ki, uğurlu Azərbaycan idmanının inkişafını daim qaralamağa cəhd göstərən dağıdıcı müxalifət ünsürləri heç də özlərinə toxtaqlıq verməsinlər. Çünki onlara dəymiş on zərbənin hər biri, alın tərləri ilə qazanılan medalların sayı oldu. Hər bir medal onlar üçün sillə zərbəsi təsirini bağışladı. Çətin ki, belə zərbələrdən sonra dağıdıcı müxalifət "liderləri" ayağa dura bilsin. Hətta onlara məxsus "Azadlıq", "Yeni Müsavat" qəzetləri cəhd göstərsələr belə, bu kimi sillə zərbələrindən ayılmaq mümkün olmayacaq! Bu sillə zərbəsi həm də uğurla inkişaf edən Azərbaycan idmanının, idmana göstərilən mütərəqqi dövlət qayğısının və bir saatda qazanılan iki qızıl medalın sərt üzü oldu. Və bundan betər sillələrə tuş gəlməməkdən ötrü, "liderlər" sonluqlarını indidən yaşasınlar. Sonrası yaman pis gələcək!

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər