PDF Oxu

Əsas

  • 61

Ermənistan əhalisi ölkədən qaçır

Elşad Mirbəşiroğlu:"Ermənistanda vəziyyətin normal hala gətirməyin yeganə yolu işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasıdır"

Ermənistan əhalisi ölkədən qaçır

Bildiyiniz kimi, son vaxtlar Ermənistan əhalisi Azərbaycan hökumətindən kömək istəyir və onları erməniçilikdən S.Sarkisyan zülmündən xilas etmələrini xahiş edirlər. Bu, artıq işğalçı ölkə olan Ermənistanın bir dövlət olaraq çökməsi demək deyilmi? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik. E.Mirbəşiroğlu bildirdi ki, Ermənistan hakimiyyətinin yürütdüyü yaramaz və ağılsız siyasət işğalçı ölkənin bir dövlət olaraq, mövcudluğunu ciddi sual altına qoyur: "Bu gün Ermənistanda mövcud olan ağır sosial və iqtisadi gərginlik həmin ölkədəki siyasi vəziyyətin açınacaqlı xarakter almasına gətirib çıxarıb. Ermənistan əhalisi düşdükləri çətin vəziyyətdən xilas olmaq üçün kütləvi şəkildə ölkəni tərk etməkdədir. Bu da, ondan xəbər verir ki, sadə erməni öz doğma torpağında istədiyi kimi rahat şəkildə yaşaya bilmir. Bunun da səbəbi işğalçı ölkənin heç bir siyasi gücünün olmaması ilə bağlıdır. Bu, bir daha sübut edir ki, Ermənistanın işğalçılıq siyasətinin bütün pislikləri bumeranq effekti ilə özünə qayıtmaqdadır. Yəni, öz ərazisində yaşayan azsaylı əhalisini təmin edə bilməyən Ermənistan qonşu ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirib. Bu gün zaman Azərbaycan dövlətinin xeyirinə işləyir. Bütün dünya ictimaiyyəti görür ki, həqiqətən də, Ermənistan işğalçı bir ölkədir. Bu, ölkə təkcə qonşu dövlətlərə və xalqlara deyil, eyni zamanda, öz əhalisinə qarşıda olduqca terrorçu mövqeyindən çıxış edən bir dövətdir. Ermənistan əhalisinin bugünkü vəziyyəti bir daha onu sübut edir ki, həqiqətən də, Ermənistan iqtidarı öz xalqına qarşı terrorla məşğuldur".

Politoloqun sözlərinə görə, Ermənistanda yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının təmin olunması istiqamətində Ermənistan iqtidarı müsbətə doğru nə isə etmək fikirində deyil. Demək olar ki, bunun üçün ölkənin heç bir resursu da yoxdur. Bir sözlə, Ermənistanda vəziyyətin normal hala gətirməyin yeganə yolu işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasıdır.

GÜLYANƏ

Digər xəbərlər