PDF Oxu

Əsas

  • 45

Yeni Azərbaycan Partiyası humanizm prinsiplərini daim əsas tutur

YAP Yevlax rayon təşkilatının bir qrup gənci müqəddəs Ramazan ayı ilə bağlı kimsiz uşaqları ziyarət edib

Yeni Azərbaycan Partiyası humanizm prinsiplərini daim əsas tutur

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının bir qrup gənci müqəddəs Ramazan ayı ilə bağlı Gəncə şəhər uşaq evində kimsəsiz uşaqları ziyarət edərək, onlara bayram süfrəsi təşkil edib.Bayram tədbirində Gəncə şəhər uşaq evinin direktoru Nazilə İsmayılova bayram münasibəti ilə hər kəsi təbrik edərək, dövlət tərəfindən kimsəsiz uşaqlara həmişə diqqət və qayğı göstərildiyini söyləyib.YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, uşaqları və bütün kollektivi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Müqəddəs ayda ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP tərəfindən bu cür humanizm aksiyalarının davamlı şəkildə keçirildiyini bildirən Ə.Quliyev ölkəmizdə həmişə milli-mənəvi dəyərlərlə yanaşı, dini dəyərlərə və prinsiplərə, həmçinin, kimsəsiz uşaqlara ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayıb: "Milli müstəqilliyimizin banisi olan Ulu Öndərimiz Heydər Əliyev humanizm prinsiplərinə böyük dəyər verərək, xalqımızın ən mütərəqqi ideyalar ətrafında sıx birləşməsinə nail oldu. Ulu Öndərin əsasını qoyduğu zəngin irsin bu gün hər birimiz üçün örnəkdir. Bu gün bu uğurlu yolun davamçısı ölkə Prezidenti İlham Əliyev həyata keçirir. Xüsusilə də, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqlara göstərilən diqqət və qayğı nəiki xalqımız tərəfindən, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir". Sonda hər bir uşağa ayrıca bayram hədiyyələri təqdim edildi. Musiqi sədaları altında gənclər körpələrlə birgə rəqs edib, onların sevinclərini paylaşdılar. Uşaqlarla ayrılıqda səmimi söhbət edən gənclər onların qayğıları ilə maraqlanıb, arzularını dinlədilər. Yaranan isti münasibət, göstərilən qayğı, uşaqlarla yanaşı, gəncləri də çox sevindirdi.

RƏFİQƏ

Digər xəbərlər